Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Papadan şok: “Bakıda deyəcəm ki, kiçik bir torpaq üçün…”
Tarix: 28-06-2016 | Saat: 00:49
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Papadan şok: “Bakıda deyəcəm ki, kiçik bir torpaq üçün…”
Ermənistan səfərindən qayıdan Roma Papası Fransisk təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

jurnalistlərin hazır mətndə “erməni soyqırımı” ifadəsi olmadığı halda “soyqırım” sözünü işlətməsinin səbəbi barədə sualını, “Doğrudur , mətndə belə bir cümlə yox idi, amma mən Ermənistanın dövlət başçısının çıxışından çox həyəcanlandım. Düşündüm ki, keçən il söyləmədiyimi bu il də qaçırsam, doğru olmaz", - deyə cavablandırıb.

Xocalı soyqırımında birbaşa iştirak edən və bu cinayətini gizlətməyən Sərkisyanı tərifləyən Papa erməniləri “cəsur xalq” da adlandırıb:

“Keçən həftə Putin ilə Azərbaycan və Ermənistan prezidentlərinin birlikdə fotoşəkillərini görməyimə çox sevindim. Ən azından danışırlar. Razılaşaq, bir-birimizi bağışlayaq və gələcəyə baxaq. Erməni xalqı çox acı çəkdi”.

Oktyabr ayında Azərbaycana da səfər edəcəyini xatırladılan Papa deyib:

“Azərbaycanlılara həqiqətləri, yəni Ermənistanda gördüklərimi və hiss etdiklərimi deyəcəyəm. Onları da ruhlandıracam. Kiçik bir torpaq parçası üçün (Qarabağı nəzərdə tutur - red) savaşmağın qaranlıq bir şey mənasına gəldiyini də deyəcəyəm: Amma bunu hamıya deyirəm, azərbaycanlılara da, ermənilərə də" - deyə Papa xristian təəssübkeşliyinə əsaslanan açıqlamasını davam etdirib.

Papanın nəzərinə çatdırmağa ehtiyac var ki, bəşəriyyət tarixində bütün müharibələr “bir parça torpaq” üstündə baş verib. Torpaq istisna olmaqla, dövlətlər başqa heç nəyin üstündə savaş etməyiblər.

O ki qaldı “bir parça torpağa”, bu torpaq BMT-nin də təsdiqlədiyi və BMT TŞ-nın ermənilərin işğalında olduğunu açıqladığı Azərbaycan ərazisidir. Yaxşı olardı ki, Roma Papası ermənilərə başqasına məxsus bir parça torpağı işğalda saxlamamağı və yad torpaqlarda ölməməyi tapşıraydı.

Zatən, Papa onların “papa”sı…


Xəbəri paylaş

4888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___