Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putin İlham Əliyevi təbrik etdi
Tarix: 07-05-2015 | Saat: 19:29
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Putin İlham Əliyevi təbrik etdi
“Böyük Qələbə misli-bərabəri olmayan sərvətdir”.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi və Azərbaycanın bütün vətəndaşlarını Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə təbrik edib.

Xeberaz.az
AzərTAc-a istinadla xəbər verir ki, təbrik məktubunda deyilir:

“Böyük Qələbə amansız düşmənə qarşı çiyin-çiyinə vuruşmuş və dünyanı nasizmdən xilas etmiş xalqlarımızın ümumi, misli-bərabəri olmayan sərvətidir. Bu gün bizim borcumuz həlak olmuş qəhrəmanların xatirəsini göz bəbəyi kimi qorumaq, müharibə veteranlarını qayğı ilə əhatə etmək, keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir.

Əminəm ki, Böyük Vətən müharibəsi illərində möhkəmlənmiş qardaşlıq və dostluq Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin ölkələrimizin rifahı, Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə gücləndirilməsi üçün bundan sonra da etibarlı zəmin olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizdən Azərbaycanda yaşayan Böyük Vətən müharibəsi veteranlarına minnətdarlıq dolu ən səmimi sözlərimi, möhkəm cansağlığı və uzun ömür arzularımı çatdırmağı xahiş edirəm”.


Xəbəri paylaş

5498 dəfə oxunub.

Digər xəbərlər
1-05-2016, 12:29 Sabah da yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___