Ərdoğan Putinə yazdığı məktubda Su-24 təyyarəsinin vurulmasına görə üzr istəyib
Tarix: 27-06-2016 | Saat: 19:47
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayıb.
APA-nın Moskva müxbiri Kremlin rəsmi saytına istinadən xəbər verir ki, məktubda Ərdoğan Rusiyanı Türkiyənin dostu və strateji tərəfdaşı adlandırıb: "Bizim heç vaxt Rusiyaya məxsus təyyarəni vurmaq kimi niyyətimiz olmayıb. Biz öz üzərimizə böyük risk götürərək və ciddi səy göstərərək rusiyalı pilotun cəsədini Suriya ərazisindən çıxardıq və onu Türkiyəyə gətirdik. Mən bir daha həlak olan pilotun yaxınlarına başsağlığı verirəm və üzr istəyirəm. Onların acısını bölüşürəm. Rüsiyalı pilotun ailəsini türk ailəsi kimi qəbul edirəm. Ailənin acısını yüngülləşdirmək üçün istənilən təşəbbüsə hazırıq".
Məktubda həmçinin bildirilir ki, Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olması üçün əlindən gələni etməyə hazırdır.
Xəbəri paylaş
6958 dəfə oxunub.
Digər xəbərlər

12-03-2016, 12:14
Amerika dağıla bilər - dəhşətli PROQNOZ
22-09-2020, 12:25
Hərbi vəzifəli şəxslər niyə orduya çağırıldı? - Polkovnik
24-02-2016, 16:12
Maskalı şəxslər ev sahibini döyüb xeyli pul və qızıl apardı - BƏRDƏ
24-02-2016, 13:29
Ali Məhkəmə İntiqam Əliyevin işi barədə qərar çıxarıb
1-03-2016, 18:55
İlham Əliyev maaşların artırılması ilə bağlı sərəncam verdi
3-05-2016, 12:18
Rusiyada helikopter qəzası: 3 nəfər ölüb
17-07-2016, 21:10
40 bordo berelinin axtarışına başlanıldı – Əməliyyat
10-05-2016, 13:52
Erməni general: “Biz gördük ki, Azərbaycan...”
14-03-2021, 19:19
Putinin telefon zəngi: Bakı nəyə hazırlaşır?