Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı
Tarix: 22-06-2016 | Saat: 19:15
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında fərman imzalayıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin (Əlavə 1).

2. Müəyyən edilsin ki, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:

2.1. Azərbaycan Respublikasının Prezidenti:

2.1.1. Cəmiyyətin Nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2.1.2. Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

2.1.3. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.2.1. bu Fərmanın 2.1-ci bəndində və Cəmiyyətin Nizamnaməsinin 7.6.3-cü yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

3. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” təsdiq edilsin (Əlavə 2).

4. Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Elektron ipoteka” sistemi yaradılsın və 2017-ci il yanvarın 1-dən tətbiq edilsin.

5. “Elektron ipoteka” sistemi aşağıdakıları təmin etməlidir:

5.1. ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olmasını;

5.2. ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsini;

5.3. ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olmasını;

5.4. ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsini və qeydiyyata alınmasını, münasib görüş vaxtının təyin edilməsini;

5.5. ipoteka kreditinin alınması üçün tələb olunan və bu Fərmanın 7.2.1–7.2.7-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatların alınmasını;

5.6. ipoteka krediti almaq üçün müraciət etmiş şəxslərin müvəkkil bank (banklar) tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını;

5.7. ipoteka krediti almaq üçün müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını;

5.8. ödənişlərin elektron formada həyata keçirilməsi üçün imkan yaradılmasını.

6. “Elektron ipoteka” sisteminin təşkilini və fəaliyyətinin təmin olunmasını Cəmiyyət həyata keçirir.

7. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

7.1. “Elektron ipoteka” sisteminin “Elektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin etsin;

7.2. ipoteka kreditinin alınması üçün tələb edilən, aidiyyəti dövlət qurumlarının informasiya sistemlərində mövcud olan aşağıdakı məlumatların müvəkkil banklar tərəfindən “Elektron ipoteka” sistemi vasitəsilə alınmasını təmin etsin:

7.2.1. ipoteka krediti almaq istəyənin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;

7.2.2. ipoteka krediti almaq istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;

7.2.3. ipoteka krediti almaq istəyən şəxsin (birgə borcalanın) iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;

7.2.4. ipoteka krediti almaq istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;

7.2.5. vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;

7.2.6. mərkəzləşdirilmiş kredit reyestrindən məlumatlar;

7.2.7. ünvan reyestrinin məlumatları;

7.3. “Elektron ipoteka” sisteminin təşkilində və fəaliyyətinin təmin olunmasında Cəmiyyətə kömək göstərsin.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılsın ki, “Elektron ipoteka” sisteminin fəaliyyətinin təşkili üçün Cəmiyyətə kömək etsinlər.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. “Elektron ipoteka” sisteminin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. ipoteka kağızının qeydiyyatı və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.4. Cəmiyyətin Nizamnaməsinin 7.2-ci bəndinin ikinci cümləsinə uyğun olaraq, Cəmiyyətin Müşahidə Şurasının üzvlərini on gün müddətində təyin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.5. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1.10-cu yarımdəndinə uyğun olaraq, borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

9.6. nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1-3.3-cü bəndlərində müəyyən edilmiş tələblərə uyğun verilməsinin qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

9.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.8. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

11. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1133) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.5. Cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına yönəldilir;”;

11.2. 4.5-ci və 4.6-cı bəndlər ləğv edilsin.

12. Cəmiyyət ipoteka kreditləşməsi üçün zəruri olan bütün daxili aktları iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

13. “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 805, № 10, maddə 910; 2007, № 6, maddə 606; 2009, № 3, maddə 163; 2010, № 7, maddə 610), “Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 dekabr tarixli 339 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1108; 2007, № 1, maddə 8; 2014, № 12, maddə 1583) və “Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 515 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 8, № 5, maddə 457, № 6, maddə 608; 2010, № 2, maddə 80; 2012, № 9, maddə 859; 2013, № 2, maddə 105) ləğv edilsin.

***

İlham Əliyev N.H.Əzizova “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Natiq Həmdulla oğlu Əzizova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.

19:07

İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Hacıyeva İndira Niyazi qızı
Meybəliyeva Zemfira Seydulla qızı
Məmmədov Əli Həsən oğlu
Mustafayev Nizami Əbülfəz oğlu
Səfərov Nizami Abdulla oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Abasov Azim Heydər oğlu
Abbasova Ülviyyə Ağamverdi qızı
Abbasova Svetlana Əhməd qızı
Abdulxalıqov Təbriz Hüseyn oğlu
Abdullayev Nizami İbrahim oğlu
Abdulrazaqov Fuad Rafiq oğlu
Ağahüseynov Ehtimad Sutun oğlu
Ağayev Natiq Yusif oğlu
Ağayev Rövşən Rahib oğlu
Ağayev Rüstəm Ağa oğlu
Ağayev Valid Adıgözəl oğlu
Axundov Fuad Ramiz oğlu
Axundov Xəlil Məhərrəm oğlu
Alıyev Namiq Nurəddin oğlu
Alıyev Vaqif Alı oğlu
Andina Valentina Vitalyevna
Aslanova Cəmilə Kazım qızı
Babayev Sədrəddin Həsən oğlu
Babayev Tofiq Qaffar oğlu
Babayeva Tatyana Vitalyevna
Bağırov Həsən Sədrəddin oğlu
Bağırov Hüseyn Əziz oğlu
Baxışov Elsevər Sabir oğlu
Balabəyov Balabəy Kiçibalı oğlu
Balayev Arif Tofiq oğlu
Baloğlanov Anar Rafael oğlu
Bədəlov Bəyəli Xanəli oğlu
Boyeva Alla Aleksandrovna
Cavadov Tofiq Əvsər oğlu
Cəbrayılov Əliş Cəbrayıl oğlu
Cəbrayılov Rəşad Yasər oğlu
Cəfərov İsrail Fazil oğlu
Cəfərov Vaqif Cəfər oğlu
Cəlilova Şəfəq Xəlil qızı
Çerkaşenko Svetlana Yuryevna
Dadaşov Əli-İsa Əşrəf oğlu
Dadaşov Hacıbala Nadir oğlu
Dünyamalıyev Vidadi Vəli oğlu
Əbdüləzimov Xəqani Nağı oğlu
Əhmədov Faiq Fariz oğlu
Əhmədov Hümbət Əhmədiyyə oğlu
Əhmədov Nizami Məmməd oğlu
Əkbərov Məharət Xalis oğlu
Ələkbərov Fuad Həmid oğlu
Ələkbərov Sadıq Nəriman oğlu
Əliyev Əlibaba Nəcəf oğlu
Əliyev Fəxrəddin Yusif oğlu
Əliyev Hüseyn Yusif oğlu
Əliyev Qafar Məmməd oğlu
Əliyev Rüfət Ənvər oğlu
Əliyev Təhmasib Məcnun oğlu
Əlizadə Azər Əli oğlu
Əmirəliyev Mehman Əli oğlu
Əsədov Elşən Səlim oğlu
Əsgərov Ələkbər Həsənbala oğlu
Əsgərov Rəhim Əsgər oğlu
Əsgərova Natəvan Balağa qızı
Əzənmədov Habil Həsən oğlu
Əzizov Rəşad Fikrət oğlu
Fərəcov Nadir İbrahim oğlu
Fərəməzov Şahid Ələziz oğlu
Fərzəliyev Azər Şamil oğlu
Fətəliyeva Vüsalə Mustafa qızı
Gərayzadə Elman Tofiq oğlu
Hacıyev Aydın Əli oğlu
Hacıyev Cəlil Manaf oğlu
Həsənov Eldar Yusif oğlu
Həsənov İlham Aydın oğlu
Hətəmov Yusifəli Şirincan oğlu
Hüseynov Hilal Qorxmaz oğlu
Hüseynov Ramiz Nobil oğlu
Hüseynov Sabir Hümbət oğlu
Hüseynov Zahid Zülfiqar oğlu
Hüseynova Aygün Fəxrəddin qızı
Hüseynova Könül Şamil qızı
Hüseynova Reyhan Əbil qızı
Xəlilov Kamil Sahib oğlu
İbadov Muradxan Əhmədxan oğlu
İbrahimli Nuriyyə Paşa qızı
İsmayılov Famil Nəcəf oğlu
İsmayılova Dilbər Ramis qızı
Kərimov Afiq Oktay oğlu
Kərimov Beydulla Həbibulla oğlu
Kərimov Sürəddin Mövsüm oğlu
Kərimova Vüsalə Nadir qızı
Qasımov İlqar Salman oğlu
Qasımov Məzahir Qurban oğlu
Qasımova Lalə Xəlil qızı
Qədirov Abil Qərib oğlu
Qəhrəmanov Şahin Məmməd oğlu
Qubatov Rəşad Qubat oğlu
Quliyeva Bəyim Əmirxan qızı
Quluzadə Elnar Mübariz oğlu
Qurbanov Fərman Yusif oğlu
Qurbanov Rafət Misir oğlu
Qurbanov Təvəkkül Kəramət oğlu
Qurbanov Turab Dilsuz oğlu
Mahmudova Pərvin Şərif qızı
Mazanov Kamal Hüseyn oğlu
Məmmədov Elyar Əli oğlu
Məmmədov Ədalət Allahverdi oğlu
Məmmədov Fuad Adil oğlu
Məmmədov Mübariz Hidayət oğlu
Məmmədov Oqtay Umud oğlu
Məmmədov Rais Əmir oğlu
Məmmədova Lətifə Adil qızı
Mənəfov Rəfail Cəfər oğlu
Mənsimov Kazım Bayraməli oğlu
Mirzəyev Rafiq Həbibulla oğlu
Mövlayev Hənifə Musa oğlu
Muradov Nadir Yədulla oğlu
Musayev Orxan Toğrul oğlu
Musayev Vüsal Kərim oğlu
Musayeva Kamilla Rüstəm qızı
Mustafayev Elşən Cəfər oğlu
Mürsəlov Mübariz Mürsəl oğlu
Mürşüdov Asif Əflatun oğlu
Mütəllimova Vəfa Allahverən qızı
Nağıyev Şəmsəddin Kamil oğlu
Namazov Ramid Zakir oğlu
Nəsibova Aybəniz Abbas qızı
Nəsirov Rauf Şamil oğlu
Novruzov Elmar Qəzənfər oğlu
Novruzov Rafiq Novruz oğlu
Nurəlibəyov Əli Hidayət oğlu
Paşa Yaşar Əhməd oğlu
Piriyev Əbülfət Haqverdi oğlu
Rzayev Xaqani İslam oğlu
Rzayev Şahid Şahmar oğlu
Seyid Hacı Mirhəşim Miryaqub oğlu
Seyidov Şəkur Mir Möhsün oğlu
Səfərov Rövşən Tofiq oğlu
Səfərov Yusif Fəxrəddin oğlu
Səmədov Əhməd Səməd oğlu
Şəfiyeva Sevil Həsən qızı
Şərifov Məhəmməd Şirin oğlu
Şirəliyev Firdovsi Əvəz oğlu
Şirinov Rafiq Mirzə oğlu
Tutayuk Fərhad Xaspolad oğlu
Vəlimətova Elmira Eyvaz qızı
Vəliyev Sərvər Yaqub oğlu
Yaqubova Gülşən Fikrət qızı
Yasinov Hikmət Qüdrət oğlu
Yunusov Eldar Əli oğlu
Yunusov Nəciməddin Yunus oğlu
Yusifova Ruhəngiz Siyasət qızı
Zeynalov Hafiz Ziyafət oğlu
Zöhrabova Nigar Yaqub qızı

“Tərəqqi” medalı ilə

Abbasov Səyyaf Əmir oğlu
Bağırova Nərminə Rza qızı
Dadaşov İlqar Burhan oğlu
Dunusov Mühəndis Abdulla oğlu
Əliyev Sahib İbrahim oğlu
Əmiraslanov Rəşid Əhəd oğlu
Əsayev Əsgər Müzəffər oğlu
Əsgərov Əli Əsgər oğlu
Hacıyev Əkbər Kamus oğlu
Hacıyeva Təranə Sabir qızı
Heydərova Lətifə Qubad qızı
Xələfov Vasif Mədət oğlu
Xəlilov İdris Əliş oğlu
İbrahimov Rasim Adil oğlu
İmanov Vaqif Həsən oğlu
Qarayev Mahir Qoca oğlu
Qasımov Böyükbala Soltan oğlu
Quliyev Altun Zülqərneyn oğlu
Qurbanov Nadir Asamudinoviç
Lələyev Elman Əbdüləli oğlu
Məhəmmədov Vaqif Hümbət oğlu
Məmmədova Fatma Məmməd qızı
Məmmədova Xatirə Fərman qızı
Orucov Məhəmməd Zirəddin oğlu
Rəsulov Rəsul İslam oğlu
Rufiyev Əflatun Rufi oğlu
Tarverdiyev Rafiq Abdun oğlu.


Xəbəri paylaş

1 0488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___