Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olanların ailə üzvülərinə ŞAD xəbər
Tarix: 07-05-2015 | Saat: 14:04
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olanların ailə üzvülərinə ŞAD xəbər
Nazirlik məlumat yaydı.

2015-ci ilin I rübündə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların 43 nəfərinin 47 nəfər ailə üzvünə Prezident təqaüdü təyin olunub.

Xeberaz.az -ın məlumatına görə,Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

ƏƏSMN-nın məlumatına görə, aylıq 200 manat məbləğində müəyyən olunan Prezident təqaüdü Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin edilir.

“Təqaüd onların sayına bərabər bölünməklə ödənilir”-deyə, nazirliyin məlumatında deyilir.

Məlumat üçün bildirək ki, həmin təqaüdün təyin olunması üçün vətəndaşlar ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX) və ya DSTX-nin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər.

Təqaüdün alınması üçün tələb olunan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi saytının (mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər” alt-bölümündə yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 11 avqust tarixli Fərmanına əsasən, 2015-ci ilin yanvarın 1-dən təqaüdlər verilməyə başlayıb.


Xəbəri paylaş

4848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___