Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistanda Rusiya əleyhinə aksiya keçirilib
Tarix: 13-06-2016 | Saat: 15:28
Bölmə:M / Karusel / Siyasət / Araşdırma | çapa göndər

Ermənistanda Rusiya əleyhinə aksiya keçirilib

Etirazçılar Rusiya əleyhinə şuarlar səsləndiriblər.


İrəvanda Rusiya əleyhinə aksiya keçirilib. Etirazçılar Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sisteminin (HHM) yaradılmasına qarşı çıxdıqlarını bəyan ediblər.

Aksiya iştirakçıları əllərində "Toprağı, havanı verməyəcəyik", "Permyakovlar ordusuna güvənmirik, erməni ordusuna güvənirik", "Növbəti satqınlıq addımı" yazılmış plakatlar tutublar.

Etirazçlar Ermənistan parlamentinin qarşısına toplaşıblar. Aksiya iştirakçısı Tiqran Xazmalyan jurnalistlərlə söhbətdə deyib ki, sazişin imzalanması Ermənistan hədəf alınması deməkdir. "Sazişin imzalanması səhvdir və xəyanətdır. Bu sazişlə bizim gələcəyimiz Rusiya "sakitcə satılıb”.

Bu gün Ermənistan parlamentində keçiriləcək növbədənkənar sessiyada Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılması məsələsi də müzakirə olunacaq.

Rusiya ilə müqviləyə etiraz edən şəxslərTiqran Xazmalyan-Aksiya iştirakçısı


Etiraz aksiyasının təşkilatçılarından olan “Vətəndaş təşəbbüsü” qrupu iyunun 10-da yaydığı bəyanatda Rusiyanı kəskin şəkildə tənqid etmişdi. Təşəbbüs qrupunun bəyanatında deyilir: "Hazırda müharibə təhlükəsi çox böyükdür. Amma müttəfiqliyə layiq olmayan və etibarsız Rusiya Azərbaycana silah satmağa davam edir. Ona görə də belə bir razılaşmanın təsdiqi xəyanətdir. Ermənistan özünü və Qarabağın təhlükəsizliyini xarici dövlətin öhdəsinə verir. Bu ağır hərbi cinayətdir. Azərbaycana silah satan Rusiya şəxsi maraqlara əsaslanaraq Ermənistanı yenə müdafiə etməyəcək. Artıq bu gün Rusiyanın ekspertləri bildirirlər ki, Hava Hücumundan Müdafiə sistemlərinin istifadəsi haqqında qərarlar rəsmi Moskvanın komandirləri tərəfindən veriləcək”.

Müqaviləni Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Seyran Ohanyan imzalayıblar.
Ermənistanda Rusiya əleyhinə aksiya keçirilib
Ermənistanda Rusiya əleyhinə aksiya keçirilib
Ermənistanda Rusiya əleyhinə aksiya keçirilib


Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___