Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
1 manat 1 avroya bərabər oldu və çətin vəziyyətə düşdük.
Tarix: 04-05-2015 | Saat: 12:32
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

1 manat 1 avroya bərabər oldu və çətin vəziyyətə düşdük.
“Neft və qazın qiymətində radikal dəyişiklik narahatlıq doğurur”.

XX əsrin əvvəlində Rusiya imperiyasının süqutu nəticəsində müsəlman Şərqində ilk demokratik, müstəqil respublika Azərbaycanda yaranıb. İşğal nəticəsində müstəqilliyimizi 70 il itirdik və müstəqilliyimizi yenidən 1991-ci ildə qazandıq. Azərbaycan o zaman daxili gərginlik, iqtisadi çətinlik və Ermənistanın işğalı ilə üzləşmişdi.

Xeberaz.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanda siyasi və iqtisadi islahatlara başlanıb:

“Siyasi sistem sovet sistemi, iqtisadiyyat isə planlı iqtisadiyyat idi. Siyasi və iqtisadi sistemin transformasiyası vacib idi. 1990-cı illərin ortalarından başlayaraq bu sahədə böyük irəliləyişlərə nail olduq. Azərbaycanda bütün azadlıqlar təmin edilib. Sərbəst toplaşma azadlığı təmin edilib, əhalinin 75 faizi internet istifadəçisidir. Biz geniş zolaqlı interneti ölkənin ən ucqar nöqtələrinə belə çəkirik. Biz dərk edirik ki, müasir idarəçilik, siyasi transformasiya olmasa, uğura nail ola bilmərik”.

Dövlət başçısı qeyd edib ki, AİB ilə səmərəli əməkdaşlığın davam edəcəyinə əmindir:

“Biz 23 ildir müstəqil ölkəyik. Ancaq Azərbaycan tarixinə, ənənəsinə görə tanınır. İnanıram ki, qonaqlar tarixi abidələrimizə baxmağa, Azərbaycanla geniş tanış olmağa vaxt tapacaqlar. Azərbaycanın Şərqlə Qərb arasında yerləşdiyi üçün multikultural dəyərlərdən bəhrələnib. Biz multikultural tarix və ənənəmizlə fəxr edirik.

Azərbaycanın tolerant ölkə kimi inkişafına sadiqik. Biz bir neçə il əvvəl Beynəlxalq Multikulturalizm Mərkəzini təsis etmişik. Dini və irqi ayrı-seçkiliklə birgə mübarizə aparmalıyıq. Bizim səylərimizlə artıq Azərbaycan dünyada multikulturalizm mərkəzi hesab olunur”.

Prezident vurğulayıb ki, Azərbaycanın enerji resursları əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib.

Dövlət başçısı bildirib ki, bu islahatlar Ermənistanın təcavüzü fonunda həyata keçirilir:

“1 milyon soydaşımız qaçqın və məcburi köçkündür, etnik təmizləmədən əziyyət çəkmişik. Ermənistan qoşunları Azərbaycanda etnik təmizləmə həyata keçirib. 20 ildən artıqdır, sülh danışıqları nəticə vermir. 21-ci əsrdə işğala görə bir dövlətin cəzalandırılmaması təəccüb doğurur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illərdir, masa üzərindədir, əməl olunmur. Bu da göstərir ki, beynəlxalq hüquq müəyyən maraqlar, müəyyən ölkələrin təsiri nəticəsində tətbiq edilir”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı humanitar fəlakətlə üzləşmişdi:

“Bizə iqtisadiyyatı inkişaf etdirmək üçün sülh və sabitlik lazım idi. Biz işğal şəraitində ölkəmizi inkişaf etdirməli idik, çünki güclü olduqda hədəflərimizə nail ola bilərdik. Biz bu yolla getdik. Münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

İ.Əliyev qeyd edib ki, Azərbaycan həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüdür:

“Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi”.

Dövlət başçısı bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquq və ədaləti qoruyub:

“Dostlarımız və tərəfdaşlarımızın sayəsində Azərbaycan uğurlu enerji siyasəti yürüdüb. Bizim nəhəng sərvətlərimiz olsa da, sərmayəyə, infrastruktura ehtiyacımız vardı. Azərbaycanın açıq dənizə çıxışı yoxdur, ona görə də borular çəkməli idik. Biz tarixdə ilk dəfə Xəzər dənizini Aralıq və Qara dənizlə birləşdirdik, Azərbaycan enerji xəritəsini ilk dəfə dəyişdirdi”.

Prezident bəyan edib ki, enerji təhlükəsizliyi bu gün təbii qaz sərvətləri ilə bağlıdır və Azərbaycan bu prosesdə aparıcı ölkədir:

“Biz TANAP və TAP-ın təşəbbüskarı olmuşuq. Cənub Qaz Dəhlizi ən böyük infrastruktur layihəsidir, 45 milyard dollar tələb olunur. Cənub Qaz Dəhlizinin inşası başa çatdıqdan sonra 100 il Avropanın, qonşularımızın enerji təchizatçısı olacağıq. Siyasətimiz regional əməkdaşlığın təşviqinə yönəlib. Biz qarşılıqlı faydalı prinsiplərlə əməkdaşlığa üstünlük veririk. Biz heç vaxt enerji resurslarımızdan təzyiq vasitəsi kimi istifadə etməmişik, tranzit və istehlakçı ölkələri dəstəkləmişik”.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanda unikal model olan “Asan xidmət” yaradılıb:

“Müasir idarəçilik metodları, iqtisadiyyatda şaxələnmə əsas istiqamətdir”.

Dövlət başçısı bildirib ki, Azərbaycan kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin edəcək:

“Milli valyutamız çox gücləndiyi üçün devalvasiyaya getməli olduq. 1 manat 1 avroya bərabər oldu və çətin vəziyyətə düşdük. Qonşu ölkələrdə devalvasiya yaşandı və biz də milli valyutanı 35 faiz devalvasiya etməli olduq. Bu gün valyuta ehtiyatlarımız ümumdaxili məhsulun 70 faizinə bərabərdir. Biz özəl sektorun inkişafını üçün aşağı faizlə özəl sektora kreditlər verilməsini diqqət mərkəzində saxlayacağıq. Həmçinin xarici borcumuzu aşağı səviyyədə saxlayacağıq. Bu gün xarici borcumuz 9,8 faiz həcmindədir və bunu nəzarətdə saxlamalıyıq”.

Prezident qeyd edib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, xarici borc ümumi daxili məhsulun 10 faizi təşkil edir.

“Müstəqillik illərində 200 milyard dollar sərmayə cəlb etmişik”.

Dövlət başçısı bildirib ki, Azərbaycan xarici sərmayə üçün cəlbedici ölkə olaraq qalmaqdadır:

“Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir. Ən böyük uğurumuz yoxsulluğu 5 faizə qədər salmağımızdır. Bu göstərir ki, biz “Holland sindromu”na məruz qalmadıq. Bəzi ölkələrdə neftlə bağlı zənginlər daha da zənginləşir, yoxsullar daha yoxsullaşır. Bizim məqsədimiz bu gəlirlərdən hər kəsin bəhrələnməsi idi. Bu gün vətəndaşlar yeni iş yerlərinin yaradılmasının, infrastruktur layihələrin həyata keçirilməsinin şahidi olurlar”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda regionların inkişafı ilə bağlı 3 dövlət proqramı qəbul olunub:

“Bu gün Neft Fondunun vasitəsi ilə 500-dən artıq xəstəxana, 3 mindən artıq məktəb tikmişik”.

Azərbaycan prezidenti qeyd edib ki, ölkədə turizmin inkişafına xüsusi diqqət yetiriləcək:

“Siyasi, iqtisadi azadlığın davam etdirilməsinə çalışacağıq”.

Prezident vurğulayıb ki, “hər zaman iqtisadiyyatımızın neft və qazdan asılılığının azaldılmasına çalışmışıq və davamlı inkişafı əsas götürmüşük”.

“İqtisadiyyatımızın 70 faizi qeyri-neft sektorundan ibarətdir. İxracımızda isə neft və qaz əsas yer tutur. Bu da təbiidir”.

Dövlət başçısı bildirib ki, yaxın illərdə qazın ixracatda çəkisi artacaq:

“Biz yerli və xarici sərmayəçilərin qeyri-neft sektoruna sərmayə qoymasını təşviq edirik. Neft və qaz istehsalçısı olan ölkə kimi neft və qazın qiymətində radikal dəyişiklik narahatlıq doğurur. Ancaq bu, bir çağırışdır ki, büdcəni konsolidasiya edək, lazım olmayan xərcləri azaldaq, səmərəli idarəçilik tətbiq edək. “Qara qızıl”ın insan kapitalına çevrilməsi bizim üçün əsasdır. Neft Fondunda toplanan vəsaitlər gələcəkdə arzu olunmaz hadisələrdən sığortalanmaq üçün vacibdir”.

İlham Əliyev qeyd edib ki, 20 il əvvəl Azərbaycana səfər edənlər Bakının acınacaqlı vəziyyətdə olduğunu görürdülər.

“İndi isə Bakı tamamilə dəyişib. Bakıda neft gölləri təmizlənib, ətraf mühit yaxşılaşdırılıb. Bu, resurslarımızın sahibi olduğumuz üçün mümkün olub”.

Dövlət başçısı bildirib ki, 70 il əvvəl Azərbaycan müstəqil olsaydı, bu gün daha zəngin ölkə olardı:

“Enerji təhlükəsizliyimiz, öz sərvətlərimizə arxalanmağımız iqtisadi inkişafımızın əsasını təşkil edir. Bu gün Azərbaycan coğrafi mövqeyindən yararlanır, nəqliyyat mərkəzidir. Xəzərdə ən böyük - 25 milyon ton yük qəbul etmək qabiliyyətinə malik liman tikilir. Bakı-Tiflis-Qars dəmiryolu xətti dəmir “İpək Yolu” olacaq”.


Xəbəri paylaş

1 0848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___