Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Park Bulvar AVM-in dəstəyi ilə hazırlanan “Yol Təhlükəsizliyi” layihəsinin yekun tədbiri keçirildi.
Tarix: 04-05-2015 | Saat: 12:04
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Bakıda yol təhlükəsizliyi gecəsi – FOTO
10 000 nəfərə “brilliant” paylanıldı.

Mayın 3-də Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, “Addım” Gənclər Təşkilatı, Norveç Krallığının Azərbaycandakı rəsmi səfirliyi, “AvtoFM” və
Park Bulvar AVM-in dəstəyi ilə hazırlanan “Yol Təhlükəsizliyi” layihəsinin yekun tədbiri keçirildi.
Xeberaz.az xəbər verir ki, layihənin məqsədi Azərbaycan Gənclərini və ümumilikdə cəmiyyətimizi yol təhlükəsizliyi qaydaları haqqında məlumatlandırmaq, yol qəzalarının ağır nəticələrini göz önünə gətirməklə daha çox insanların yol təhlükəsizliyi məsələlərinə həssas yanaşmasına nail olmaqdan ibarətdir.

Layihə “Biz sizə Brilliant verəcəyik” şüarı altında həyata keçirilirdi və layihənin siması isə xalq artisti Brilliant Dadaşova idi. Səhnə və tədbir məkanı Brilliant xanımın layihə üçün hazırlanan posterləri ilə bəzədilmişdi. Layihə çərçivəsində “Yol Təhlükəsizliyi” ilə bağlı kreativ geyimlər müsabiqəsinə qatılan 78 gənc modelyerdən dörd nəfəri - Zamiq Cəfərli, Rufanə Rufullazadə, Nərmin Hümbətova, Nurbəniz Mərdiyeva diplom və hədiyyələrlə təltif olundu.

Layihənin ssenari müsabiqəsinin qalibi isə Fuad Rəsulzadə oldu. Tədbirdə “Addım” Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə, Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı, Norveç Krallığının Azərbaycandakı səfirliyinin nümayəndəsi Kerstin Valberg, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, Park Bulvar AVM-in nümayəndəsi Günay Malikqızı layihə haqqında ətraflı məlumat verdilər.

Tədbir müddətində “Addım” Gənclər Təşkilatının könüllü komandası iştirakçılara, qonaqlara yol təhlükəsizliyinin simvolu olaraq 10 000 nəfərə “brilliant şəkilli” reflektorlar payladı.

Gecədə layihənin siması olan xalq artisti Brilliant Dadaşovanın musiqili çıxışı alqışlarla qarşılandı













Xəbəri paylaş

7448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___