Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xəbərdarlıq: Bu rayonlarda sürüşmə gözlənilir
Tarix: 09-06-2016 | Saat: 16:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Xəbərdarlıq: Bu rayonlarda sürüşmə gözlənilir
Yaz ayları və yayın əvvəlində havaların ifrat rütubətli keçməsi nəticəsində ölkə ərazisində sürüşmə hadisələri fəallaşıb.

Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, ifrat rütubətlənmə həm aktiv, həm də potensial sürüşmə sahələrində gərginliyin artmasına səbəb olub.

Onun sözlərinə görə, bu, xüsusilə özünü Böyük Qafqazın cənub-şərq hissəsində, İsmayıllı, Şamaxı, Xızı, Şabran və qismən də Quba rayonlarında göstərib:

“Daha çox fəallıq Bakı, Şamaxı, İsmayıllı və Şamaxı-Ağsu yollarında müşahidə olunur. Bu günlərdə İsmayıllının Basqal və Sulut kəndləri arasında, həmçinin yolda fəal sürüşmənin baş verməsi həmin zonanın hətta əvvəllər fəal sürüşmə müşahidə olunmayan sahələrinin fəallaşa bilməsini göstərdi. Nəticədə kənd yolu bağlanıb. Çox böyük ərazidə sürüşmə baş verib, digər ərazilərdə isə proseslər indi də fəallaşmaqdadır. Basqal, Sulut, Muğanlı kəndi ilə Ağsuçay dərəsi arasında olan bütün zonada ifrat fəallaşma müşahidə olunur. Belə sürüşmələrin fəallaşması həmçinin Gədəbəy, Daşkəsən, Lənkəran və Lerik rayonlarında da müşahidə olunur. Yağıntıların intensivliyi belə bir müddət də davam edərsə, yaxın zamanlarda sürüşmələri Yardımlı rayonu ərazisində, Quba, Qusar zonasında, Goranboyda gözləmək olar".

E.Əlizadə sürüşmələrin səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, son 1 ayda hətta antropogen təsir olan zonalarda sürüşmələrin fəallaşmasının səbəbi burada olan süxurların ifrat rütubətlənməsidir: “Artıq yağıntılar çox düşdüyündən süxurlar rütubətlə doyublar və ağırlıq qüvvəsinin təsiri ilə yamac boyu hərəkət edirlər. Yağıntılar ifrat olmasaydı belə fəallaşma olmazdı”.

Direktor müavini əlavə edib ki, Bakıdakı sürüşmə sahələrində aktivləşmə olsa da, ifrat fəallaşma müşahidə olunmur. Onun sözlərinə görə, Bakının sürüşmə ilə bağlı daha təhlükəli zonaları Zığ və Masazırdadır. Həmin ərazilərdə vəziyyətin əvvəlki kimi gərgin olaraq qaldığını deyən E.Əlizadə vurğulayıb ki, digərlərində nisbi fəallaşma var.


Xəbəri paylaş

5738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___