Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Status-kvonun dəyişməsi o deməkdir ki... - Prezident
Tarix: 08-06-2016 | Saat: 23:17
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Status-kvonun dəyişməsi o deməkdir ki... - Prezident
Aprelin əvvəlində Ermənistan Azərbaycana qarşı hərbi təxribat törətdi. Biz cavab verməli, mülki əhalimizi, şəhərlərimizi, kəndlərimizi və hərbi mövqelərimizi müdafiə etməli olduq. Apreldəki toqquşmaların nəticələri göstərdi ki, Ermənistan artıq vəziyyətə nəzarət etmək və status-kvonu dəyişməz saxlamaq iqtidarında deyil. Status-kvo mümkün qədər tez bir zamanda dəyişdirilməlidir.

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev iyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında deyib.

Dövlət başçısı xatırladıb ki, ATƏT-in Minsk qrupu bu məsələ ilə məşğul olur: “Minsk qrupuna həmsədrlik edən ölkələrin - ABŞ, Fransa və Rusiyanın prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə açıq bəyanat yayıblar. ATƏT-in sədri kimi Almaniya da bu bəyanatla çıxış edib. Nazir Ştaynmayer status-kvonun dəyişdirilməli olduğunu çox açıq şəkildə bəyan edib. Bu, nə deməkdir? Status-kvonun dəyişdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad olunmasının başlanması deməkdir. Azərbaycanın torpağı olan Dağlıq Qarabağ və digər 7 rayon 20 ildən artıqdır ki, işğal edilib. Hər şey dağıdılıb, biz etnik təmizlənməyə məruz qalmışıq, bütün azərbaycanlılar o ərazilərdən qovulub, torpaqlarımızın təxminən 20 faizi işğal altındadır, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. İndi biz bir çox Avropa ölkələrində miqrantlarla bağlı böyük narahatlığın şahidi oluruq. Siz təsəvvür edə bilərsinizmi ki, müstəqilliyimizin ilk illərində, biz yoxsul, qeyri-mütəşəkkil olanda, inkişaf üçün heç bir vəsaitimiz olmayanda belə humanitar fəlakətlə üzləşmişdik. Həmin dövrdə sayı 8 milyon olan əhalinin bir milyonu evsizə çevrilmişdi. Beynəlxalq təşkilatlar miqrant məsələsi ilə məşğul olur, biz bunu dəstəkləyir və qiymətləndiririk”.

Prezident İlham Əliyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: “Lakin onlara əməl edilmir və əməlolunma mexanizmi yoxdur. Təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyinə görə Ermənistana sanksiyalar tətbiq olunmur. Biz burada ikili standartlar siyasəti ilə üzləşirik. Çünki bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır. Başqa sözlə, münaqişənin Helsinki Yekun Aktı, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həlli Cənubi Qafqaz regionunun sabitliyinə, proqnozlaşdırıla bilməsinə və iqtisadi inkişafına xidmət edəcək”.


Xəbəri paylaş

7128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___