Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gürcüstanda azərbaycanlı namus üstə tanışını öldürdü.
Tarix: 02-05-2015 | Saat: 13:55
Bölmə:M / Karusel / Hadisə / M2 | çapa göndər

Gürcüstanda azərbaycanlı namus üstə tanışını öldürdü.
Məmişov polisə könüllü təslim olub.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda qətl hadisəsi baş verib.

Xeberaz.az -ın APA-ya istinadən məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, rayonun Qızılhacılı kənd sakini, 1988-ci il təvəllüdlü Nəbi Məmişov dostu və kirvəsi, həmçinin qonşusu olan 1988-ci il təvəllüdlü Roman Həsənova ov tüfəngindən atəş açıb.

R. Həsənov hadisə yerində ölüb.

Yerli sakinlərin bildirdiyinə görə, hadisədən sonra N. Məmişov Marneuli Rayon Polis İdarəsinin əməkdaşlarına könüllü təslim olub.

Sakinlərin sözlərinə görə, hər iki gənc Marneuli şəhərinin 26 May küçəsində yerləşən kafe-çayxanada çalışıb.

Qətlin namus üstündə baş verdiyi bildirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Ov tüfəngi sübut kimi götürülüb.


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___