Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Namaz qılan prezidentlər – SİYAHI (FOTOLAR)
Tarix: 01-05-2015 | Saat: 23:28
Bölmə:M / Karusel / Gündəm / Maraqlı / M2 / Araşdırma | çapa göndər

Namaz qılan prezidentlər – SİYAHI (FOTOLAR)

Namaz qılmaq, Allaha ibadət etmək İslam dininin əsas şərtlərindəndir. “Qurani Kərim”də buyrulduğu kimi, namaz hər bir müsəlman üçün vacib əməldir.

Allaha ibadət edənlər arasında təkcə adi vətəndaşlar deyil, ölkə rəhbərləri də var. İslamın şərtlərinə riayət edib, namaz qılan prezidentlər kimlərdir?

Xeberaz.az xəbər verir ki , AzVision.az bununla bağlı kiçik araşdırma aparıb.

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev İslam dininə xüsusi önəm verir. Ölkə başçısı ailəsi ilə Səudiyyə Ərəbistanına səfəri zamanı Məkkədə ümrə ziyarətində olub. İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Əl-Həram məscidinə namaz qılaraq dua ediblər. Ölkə başçısı Mədinədə olan zaman Peyğəmbər məscidində də namaz qılıb.


Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da namaz qılan ölkə başçıları sırasındadır. Ərdoğan bütün dünyada İslam dinin müdafiəçisi kimi tanınır. O, demək olar ki, hər cümə günü məsciddə namazı qılır.


Həsən Ruhani

İran İslam Respublikasında prezident olasan, namaz qılmayasan, bu inandırıcı görünmür. Odur ki, Həsən Ruhani də İslam şərtlərinə əməl edərək vaxtlı-vaxtında namaz qılıb, Allaha səcdə edir.

Nursultan Nazarbayev

Qazaxıstan prezidenti Nursultan v SSRİ-dağılandan – 1990-cı ildən etibarən bu ölkəyə rəhbərlik edir. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə Qazaxıstanda xeyli sayda məscidlər tikilib. Nursultan Nazarbayevin namaz qılmasına dair görüntülərə internetdə rast gəlmək olar.





Ramzan Kadırov

Çeçenistan prezidenti Ramzan Kadırov da namaz qılır. O, dəfələrlə sosial şəbəkələr vasitəsilə insanları ibadətə səsləyib.
Qeyd edək ki, İslam dəyərlərinə böyük önəm verən Kadırov İsraildə öz atasının adını daşıyan məscid tikdirib.



Bəşər Əsəd

İllərdir vətəndaş müharibəsi davam edən Suriya prezidenti Bəşər Əsəd də namaz qılan prezidentlərdəndir. Əsəd ölkə daxili və xaricində kifayət qədər dindar biri olaraq tanınır. Əsəd müharibə başlayandan bəri ictimaiyyət arasına az-az çıxmağa başlayıb. Suriya dövlət telekanalının son zamanlar yaydığı kadrlarda Bəşər Əsədin namaz qılması əks olunur.


Məmnun Hüseyn

Pakistan prezidenti Məmnun Hüseyn müsəlman kimi İslamın dini ayinlərini icra edir. O da adları çəkilən həmkaları kimi namaz qılıb, ibadət edir.

Azərbaycana səfəri zamanı Məmnun Hüseyn "Əjdərbəy" məscidini ziyarət edib və burada namaz qılıb.


Salman ibn Abduləziz əs-Səud

Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Abduləziz əs-Səud bu ilin yanvar ayından etibarən Ərəbistan rəhbərlik edir.

Yeni Kral Salman bin Abdulaziz, hava limanında qarşılama mərasimində ABŞ prezidenti Obama ilə salamlaşaraq mərasim olan məkanı sürətlə tərk edib. Kral Səlman bin Abdulaziz qarşılama məkanını tərk etməsinə səbəb kimi Əsr Namazını qılmağını göstərib.


Fuad Masum

İraq prezidenti Fuad Masum 2014-cü ilin yayından İraqa rəhbərlik edir. Bu yaxınlarda Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı keçirilən tədbirlərdə şəhidlərin ruhunun yad edilməsi məqsədilə namaz qılıb.

II Abdullah

İordaniya kralı II Abdullah 1999-cı ildən etibarən İordaniyaya rəhbərlik edir. Mətbuatda yazılan xəbərlərə görə, prezident tez-tez namazlarını məsciddə qılır.

Qeyd edək ki, namaz qılan dövlət başçıları arasında bir sıra ərəb ölkələrinin liderləri də var


Xəbəri paylaş

2 0278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___