Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tərtərdə həbs olunmuş təşkilat üzvləri ilə bağlı (QAT) sədri Akif Nağı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
Tarix: 14-03-2015 | Saat: 20:54
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

Tərtərdə həbs olunmuş təşkilat üzvləri ilə bağlı (QAT) sədri Akif Nağı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bu həftə Tərtərdə həbs olunmuş təşkilat üzvləri Zülfüqar İbrahimov və Vüqar Əliyevin işi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.


Xeberaz.az xəbər verir ki, QAT-dan Musavat.com-a verilən məlumata görə, Baş İdarənin istintaq şöbəsinin müdiri Canpolad Daanovla görüşüb. Baş idarənin nümayəndəsi QAT-ın narahatlığını başa düşdüklərini, işə tam obyektiv yanaşdıqlarını bildirib. Akif Nağı hər iki QAT üzvünü yaxşı tanıdığını, onların deyilən hərəkətləri törətdiklərinə inanmadıqlarını deyib və ədalətli araşdırma aparılmasını xahiş edib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu DİN-in xüsusi təyinatlı polis qüvvələri də cəlb olunmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Tərtər Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən vətəndaşları Suriyaya döyüşlərə göndərməkdə ittiham olunan həmin dəstənin 4 üzvü - əvvəllər məhkum olunmuş Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyevin saxlanıldığı barədə rəsmi məlumat yayıb. QAT sədri Akif Nağı isə həbslərin qanunsuzluğu ilə əlaqədar baş prokurora və daxili işlər nazirinə müraciət edərək obyektiv araşdırma aparılmasını istəmişdi.


Xəbəri paylaş

7628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___