Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SOCAR neft sahəsində çalışmış müharibə veteranlarına maddi yardım verəcək - FOTO
Tarix: 30-04-2015 | Saat: 21:10
Bölmə:M / Karusel / İqtisadiyyat / Reportaj | çapa göndər

SOCAR neft sahəsində çalışmış müharibə veteranlarına maddi yardım verəcək - FOTO
Qələbənin 70-ci ildönümü münasibəti ilə.

Neftçi-veteranların maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) strukturuna daxil olan qurumların sabiq işçiləri və hazırda təqaüddə olan Böyük Vətən müharibəsi iştirakçılarının hər birinə 500 manat və həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş neftçi-veteranların hər birinə 200 manat məbləğində maddi yardım veriləcək.

Xeberaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 30-da Bakı Ali Neft Məktəbində (BANM) alman faşizmi üzərində Qələbənin 70-ci ildönümü münasibətilə “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, Dövlət Neft Şirkətində də alman faşizmi üzərində Qələbənin təntənə ilə qeyd olunduğunu bildirib, bu münasibətlə çoxminli neftçilər ordusu adından müharibə veteranlarını təbrik edib. R.Abdullayev Azərbaycanın mərd oğul və qızlarının o illərdə göstərdikləri döyüş və əmək şücaətindən, qəhrəmanlıq salnamələrindən danışıb, Böyük Vətən müharibəsinin qələbə ilə başa çatmasında Bakı neftçilərinin misilsiz rolundan bəhs edib.

SOCAR-ın prezidenti gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, veteranların öz zəngin təcrübələrini onlara aşılaması baxımından bugünkü tədbirin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bildirilib ki, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə maddi yardımın verilməsi haqqında” SOCAR-ın prezidenti tərəfindən əmr imzalanıb. Əmrə əsasən, qələbənin əldə edilməsində misilsiz xidmətlərini nəzərə alaraq və Qələbənin 70-ci ildönümü münasibəti ilə neftçi-veteranların maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə SOCAR-ın strukturuna daxil olan qurumların sabiq işçiləri və hazırda təqaüddə olan Böyük Vətən müharibəsi iştirakçılarının hər birinə 500 manat və həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş neftçi-veteranların hər birinə 200 manat məbləğində maddi yardım veriləcək.

R.Abdullayev Böyük Vətən müharibəsi veteranları Əbdülağa Cavadova və Məsimalı Mustafayevə şirkətin xatirə hədiyyələrini təqdim edib. Tədbirdə Böyük Vətən müharibəsi veteranı, görkəmli neftçi-alim Əbdülağa Cavadovun anadan olmasının 95 illiyinə həsr olunan film nümayiş etdirilib. Əbdülağa Cavadov yüzlərlə azərbaycanlı oğul və qızların ön və arxa cəbhələrdə qəhrəmancasına döyüşdüyünü, düşmənə əzmlə sinə gərərək, doğma vətənin müdafiə olunmasında mərdlik və rəşadət nümunələri göstərdiklərini söyləyib, döyüş xatirələrindən danışıb, gənclərə tövsiyələrini verib. Ə.Cavadov veteranlar adından Prezident İlham Əliyevin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan məmnunluqla danışıb, neftçilərin onları hər zaman yad etdiklərinə, problem və qayğıları ilə maraqlandıqlarına görə SOCAR-ın rəhbərliyinə təşəkkür edib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Valeh Ələsgərov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanov, “Azərişıq” ASC-nin sədri Baba Rzayev, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.



Xəbəri paylaş

6998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___