Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əhməd Əhmədzadə xəbərdarlıq etdi,meloratorlar səfərbər olundu
Tarix: 01-06-2016 | Saat: 13:34
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Əhməd Əhmədzadə  xəbərdarlıq etdi,meloratorlar səfərbər olundu


Faktinfo.az saytı əldə etdiyi məlumatlara əsasən bildirir ki, “Melorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə 2015-ci ildən başlayaraq ASC-nin tabeçiliyində olan bütün idarələrə suvarma suyunun itkisiz idarə edilməsi, maneəsiz təmin edilməsi ilə bağlı dörd dəfə göstəriş verib,idarələrə məktublar göndərilib. Buna səbəb 26 Yanvar 2015-ci il tarixində ölkə prezidenti İlham Əliyevin “Regionların Sosial-İqtisadi Dövlət Proqramından irəli gələn Ümumrespublika Toplantısı”nda verdiyi tapşırıq və tövsiyyələr olub.

Məlum toplantıda Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafına nail olmaq məqsədilə əkinə yararlı torpaqların əkilməsi, istifadə olunmayan torpaqların istifadə edilməsi barədə rayon icra hakimiyyəti başçılarına da göstərişlər verib. Bu şərtlər təbii ki, suvarma suyunun vaxtında təminatını vacib edir.

O da məlumdur ki, neftin dünya bazarında ucuzlaşması milli valyutamız manatın iki dəfə ucuzlaşmasına səbəb olub. Kənd təsərrüfatı malları bahalaşıb, qiymətləri tənzimləmək hökumətə çətinliklər yaradıb. Bu məqsədlə hökumət rəsmiləri 2016-cı ildə maksimum şəkildə kənd təsərrüfatı mallarının bolluğunu əhaliyə hiss etdirmək, qiymətləri aşağı salmaq, idxalı stimullaşdırmaq marağındadır. Bunun üçün torpaqların əkilməsi mütləqdir. Əkilən torpaqlara suvarma suyunun verilməsi isə vacibdir. Bu səbəbdən “Melorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə əkilən torpaqlarda suvarma suyunun itkisiz idarə olunub,əkinçilərin istifadəsində olmasını bir şərt kimi hazırda da ASC-yə tabe bütün idarə rəhbərlərinə bildirib, onlara 26 Yanvar 2015-ci il tarixindən bu yana dörd dəfə xəbərdarlıq edib.

Məlumat üçün onu da bildirək ki, hazırda suvarma suyuna olan tələbatla bağlı bölgələrdə hər hansı narahatçılıq yoxdur. Suvarma suyuna olan təlabat ən yüksək səviyyədə yerinə yetirilir.

Rüfət Dadaşlı


Xəbəri paylaş

7408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___