Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Həsənov: "Azərbaycanda medianın palitrası artıq tam formalaşıb"
Tarix: 31-05-2016 | Saat: 11:25
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Əli Həsənov: "Azərbaycanda medianın palitrası artıq tam formalaşıb"
"Azərbaycanda fikir, söz və mətbuat azadlığının təmin edilməsi daim dövlətin diqqət mərkəzində olub"


"Bu gün əminliklə demək olar ki, Azərbaycanda medianın palitrası artıq tam formalaşıb".

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa Şurasının Azərbaycanda ifadə azadlığı və media azadlığı layihəsi çərçivəsində "Diffamasiya" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Ə.Həsənov qeyd edib ki, bu gün ölkədə çox sayda media qurumları sərbəst şəkildə fəaliyyət göstərir: "Çünki Azərbaycanda mətbuat orqanı açmaq çox asan prosesdir. Sadəcə lazım olan prosedur qaydalarına uyğun şəkildə işləri görüb buna nail olmaq olar. Azərbaycan demokratiyanın inkişaf etdirilməsi sahəsində ATƏT və Avropa Şurası ilə sıx əməkdaşlıq edir".
O bildirib ki, "Diffamasiya haqqında" qanun layihələri ətrafında geniş ictimai müzakirələr təşkil olunub: "İnsanların mətbuat səhifələrində təhqir olunması məsələsinin geniş yayıldığı zamanda belə qanunun qəbul edilməsi əks effekt yarada bilər.

Jurnalist peşəkarlağının artırılması istiqamətində müəyyən işlər görülməlidir. İctimai rəyin bu yeniliyə hazırlanması ilə bağlı zəruri tədbirlərin görülməsi lazım idi. Azərbaycanda belə qanun qəbul edilməsi məsələsi qapanmayıb. Hələ də bu, gündəmdə olan məsələdir. Gələcəkdə də qanun layihəsi ilə bağlı real imkanlar qiymətləndiriləcək və beynəlxalq təcrübə araşdırılacaq".


Xəbəri paylaş

6868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___