Gürcüstan Saakaşvilini Bakıda həbs etməyi xahiş edir
Tarix: 28-04-2015 | Saat: 21:50
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Rəsmi sorğu göndərilib.
Bizə məlumdur ki, Gürcüstanın sabiq prezidenti hazırda Bakıdadır. Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycanın Baş Prokurorluğuna Mixail Saakaşvilinin həbs olunaraq Tiflisə ekstradisiya olunmasına dair artıq rəsmi sorğu da göndərilib.
Xeberaz.az -ın məlumatına görə, bunu virtualaz.org saytının müxbiri ilə söhbətində Gürcüstan Baş Prokurorluğu Mətbuat Mərkəzi rəhbərinin müavini Natia Suxiaşvili deyib.
Qeyd edək ki, M.Saakaşvili Bakıya sabiq dövlət və hökumət başçılarının forumunda iştirak etmək üçün gəlib.
M.Saakaşvili haqqin.az saytına açıqlamasında bildirmişdi ki, Gürcüstan hakimiyyəti onun Bakıya səfərinə əngəllər törədirdi.
Bununla belə “Gürcü arzusu” partiyasının parlamentdəki liderlərindən biri Qoqi Topadze bəyan etmişdi ki, Gürcüstan M.Saakaşvilini qəbul etməyi rəsmi Bakıya qadağan edə bilməz.
“Biz Saakaşvilinin Bakıya getməyini qadağan edə bilmərik. Amma Mixail Saakaşvili Gürcüstanda İnterpolun “qırmızı xətt”lə axtardığı şəxslərin siyahısına daxil edilib. Bu siyahıya salınan adamlar xüsusilə təhlükəli sayılır və onlar dünyanın harasında olmasından asılı olmayaraq həbs edilməlidirlər.
Saakaşvili indi Ukraynada çox fəaldır. Rəsmi Kiyev onu Gürcüstana verməkdən imtina edir. Saakaşvili Ukraynadan Gürcüstan siyasətinə təsir göstərməyə çalışır, hökumətin işlərinə kobud müdaxilələr edir. Aydındır ki, o, Gürcüstana pislik etmək istəyir. Amma nahaq yerə əziyyət çəkir, bu cəhdləri alınmayacaq.
Eyni zamanda deməliyəm ki, bizim Azərbaycanla münasibətlərimiz nəinki yaxşı, hətta çox yaxşıdır. Azərbaycanın çox çətin vaxtlarımızda bizə necə kömək etdiyini unutmuruq. Bunu heç vaxt da unutmayacağıq. Lakin xəbərdarlıq edirəm ki, Saakaşvilinin məsləhətləri rəsmi Bakıya ziyan vura bilər. Hərçənd ki, şəxsən tanış olduğum Azərbaycan prezidenti İlham Əliyevin Saakaşvilinin məsləhətlərinə qulaq asacağına da inanmıram. İlham Əliyev çox ağıllı siyasətçi və gözəl prezidentdir. O, Saakaşvilinin tövsiyələrinə qulaq asmaz” - deyə Q.Topadze bildirdi.
Sonda onu da qeyd edək ki, Azərbaycan Baş Prokurorluğundan və Daxili İşlər Nazirliyindən M.Saakaşvilinin Bakıda həbs edilərək ölkəsinə ekstradisiya olunmasının mümkünlüyü barədəki informasiyanı şərh etmək istəmədilər.
Xəbəri paylaş
6028 dəfə oxunub.
Digər xəbərlər

1-01-2016, 23:08
Stilist Sərxan mükafat aldı (FOTO)
19-04-2018, 17:12
İl ərzində 37 mindən çox abort qeydə alınıb
19-08-2021, 00:55
Ermənilər qorxu ilə danışır: sentyabrda yeni müharibə…
22-05-2021, 15:09
Azərbaycan XİN: Ermənistan hələ də anlamır ki...
31-07-2016, 02:13
Astroloji proqnoz - 31 iyul
18-08-2016, 11:41
Usta oğurladığı maşının rəngini dəyişdirib sürdü - Bakıda
30-12-2019, 12:09
“Coca-Cola” şirkətinin yük maşını aşdı, sürücü öldü - Fotolar
23-07-2018, 12:51
Nadir öləcəyi tarixi AÇIQLADI - Valideynləri də o yaşda VƏFAT EDİB