Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elmar Məmmədyarov Kiti ilə görüşdü
Tarix: 27-05-2016 | Saat: 03:08
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Elmar Məmmədyarov Kiti ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikası Senatının Avropa İttifaqı siyasəti daimi komissiyasının sədri, senator Vanino Kitinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-İtaliya, Azərbaycan - Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan və İtaliya arasında mövcud ikitərəfli əməkdaşlığın məmnunluq doğurduğu vurğulanaraq, bunun Azərbaycan - Avropa İttifaqı münasibətlərinə də müsbət təsir göstərdiyi qeyd olunub.

Senator Vanino Kiti Azərbaycanın həm Avropa İttifaqı, həm də İtaliya üçün mühüm tərəfdaşlardan biri olduğunu qeyd edərək, ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini bildirib.

O, irimiqyaslı enerji layihəsi hesab olunan Cənub Qaz Dəhlizinin vacib komponentləri olan TAP və TANAP layihələrinin Avropa İttifaqı, xüsusilə də İtaliya üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov İtaliya və Avropa İttifaqı ilə əlaqələrin inkişaf perspektivləri, ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib. O, İtaliya-Azərbaycan arasında imzalanmış strateji əməkdaşlıq haqqında sazişin ikitərəfli münasibətlərin strateji müstəvidə inkişafına mühüm töhfə verdiyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verən nazir EMəmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri də daxil olmaqla, bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini və münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan Silahlı Qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsinin, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin, Heydər Əliyev Fondunun İtaliyada mədəniyyət abidələrinin bərpası istiqamətində həyata keçirdiyi layihələri təqdir olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___