Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yardımlı və Goranboyda iş axtaranların nəzərinə
Tarix: 28-04-2015 | Saat: 17:29
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

Yardımlı və Goranboyda iş axtaranların nəzərinə
Nazirlik məlumat yaydı.

Aprelin 29-da Yardımlı rayonunda, mayın 1-də isə Goranboy rayonunda Əmək yarmarkaları keçiriləcək.

Xeberaz.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir ki, Yardımlı rayonunda 250-ə yaxın, Goranboy rayonunda isə 240-dək boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerlərinin də təqdim edilməsi, habelə ayrı-ayrı işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onların peşə hazırlığına cəlb olunması üçün qeydiyyata alınması nəzərdə tutulur.

Xatırladaq ki, ƏƏSMN tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təminatı məqsədilə ötən il ölkəmizin bölgələrində 60 Əmək yarmarkası keçirilib.

Həmin aktiv məşğulluq tədbirlərində ümumilikdə 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 4838 nəfəri (və ya 85 faizi) göndərişlər əsasında münasib iş yerləri ilə təmin edilib.


Xəbəri paylaş

6348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___