Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Dünyada heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır.
Tarix: 28-04-2015 | Saat: 14:15
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

"Dünyada heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır.
"BMT Təhlükəsizslik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal etdiyi ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış tarixi ərazilərinin Ermənistan tərəfindən işğalı uzun illərdir davam edir".


Xeberaz.az trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi və ayrılmaz hissəsidir: "Dünyada heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır. Biz işğaldan əziyyət çəkirik, ərazilərimizin 20 faizi Ermənistanın işğalı altındadır və bir milyondan çox azərbaycanlı öz doğma yurdlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz etnik təmizləmədən, artıq dünyanın 10-dan artıq ölkəsi tərəfindən tanınan və tanınma prosesi davam edən Xocalı soyqırımından əziyyət çəkirik. Ərazi bütövlüyü beynəlxalq qanunun fundamental prinsipidir. Bu, BMT-nin Nizamnaməsində də təsbit olunub, bu, beynəlxalq qanunun ən vacib elementlərindən biridir və Helsinki Yekun Aktında müəyyən edildiyi kimi çox aydın şəkildə göstərilir ki, öz müqəddəratını təyinetmə hüququ ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və heç bir ölkənin ərazi bütövlüyü həmin ölkənin hökumətinin və xalqının razılığı olmadan dəyişə bilməz".


Xəbəri paylaş

5618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___