Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bir sıra tədbirlər həyata keçirdi
Tarix: 23-05-2016 | Saat: 13:34
Bölmə:M / Karusel / Təhsil / Gənclərimiz | çapa göndər

 “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bir sıra tədbirlər həyata keçirdi
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyələşdirdiyi “Qədim xalq oyun tamaşalarının bərpası və müasir el mərasimlərində yenidən canlandırılması” layihəsi çərçivəsində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bir sıra tədbirlər həyata keçirib. Layihə çərçivəsində 19 May 2016-cı il tarixində "Aşıq Şəmşir" Mədəniyyət Ocağı ictimai Birliyinində Qədim xalq oyun və meydan tamaşalarında Qəhrəmanlıq motivləri mövzusunda gənclərə seminar təşkil edildi.
Layihənin rəhbəri Həbib Misirov çıxış edərək, layihə haqqında ətraflı məlumat verdi. İlk öncə layihənin maliyyələşdirilməsinə görə, Mədəniyyət və Turizm Nazirliyinə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbərliyi adından təşəkkür etdi. Hazırda, Qloballaşan dünyada insan-insan və insan-cəmiyyət münasibətlərinin düzgün istiqamətdə və soy-kökümüzə bağlı şəkildə inkişaf etdirilməsinin bir yolu da milli-mənəvi dəyərlərimizi yaşatmaqdan, onları təbliğ etməkdən və gənc nəslə aşılamaqdan keçir. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”. Məhz, Ümummilli Liderin bu sahədəki əsas ideyası gənclərimizə milli-mənəvi dəyərlərimizlə yoğrulmuş, müasir biliklərə əsaslanan və onlara milli kimliyimizi tanıtdıra biləcək bir tərbiyənin verilməsindən ibarət olmuşdur. Əvəzsiz milli sərvətimiz olan folklor və etnoqrafiya mədəniyyətimizin mühüm axarlarından birini təşkil edən qədim xalq oyun-tamaşaları mənəvi-tarixi dəyərlərimizin daşınmasında mühüm rol oynayır. Həmin oyun-tamaşalarda milli-genetiq yaddaşın əski qapıları, mifoloji dünyaduyumu və qavrayışlar, qədim xalq inamları insan və təbiət münasibətlərinin ilkin-ibtidai çağlara məxsus arxayiq yaşantıları, qədim zamandan bəri əcdadlarımızın həyatsevərlik, humanizm, qarşılıqlı yardımlaşma, əlbirliyinə-elbirliyinə çağırış düşüncəsi obrazlı şəkildə öz əksini tapmışdır.
Professor, əməkdar elm xadimi, Folklorşünas alim, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxış edərək bildirdi ki, qloballaşma və müasirləşmə şəraitində mədəniyyət nümunələrinin bir çoxu icra və ifa proseslərindən kənarda qalıb, bir hissəsi isə tamamilə unudulmaq təhlükəsi ilə üzləşib. Xalqların mədəni dəyərlərinin, o cümlədən xalq oyunları və meydan tamaşalarının bərpa olunması, qorunması və gələcək nəsillərə itkisiz çatdırılması üçün elm və mədəniyyət təşkilatlarının öz fəaliyyətlərini bu istiqamətdə gücləndirməsi, oyun mədəniyyəti ilə məşğul olan mütəxəssisləri bir araya gətirməsi günümüzün aktual məsələlərindəndir. Bir çox maddi və mənəvi irsimiz kimi Qarabağda adət-ənənələr, xalqın icra etdiyi minillik ayin və rituallar da sanki əsir düşüb. Onların böyük bir hissəsi ya unudulub, ya da Qarabağdan olan məcburi köçkünlərin məskunlaşdığı coğrafi ərazilərdəki adət-ənənə, ritual və ayinlərlə çulğalaşıb. Bütün dünyada atı ilə məşhur olan Qarabağda tez-tez at yarışları təşkil edilirdi. Bu yarışların içərisində ən qədim oyun olan çovqan XIX əsrin sonu - XX əsrin əvvəllərinə qədər bu ərazilərdə oynanılırdı. Azərbaycan qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Koroğlu Azərbaycan xalqının ən sevmili dastan qəhrəmanlarından biridir. Koroğlu adı xalqımızın igidliyi, mübarizliyi, vətənpərvərliyinin simvoluna çevrilib. Ata-analar bu gün də övladlarına Koroğlu adı verir və bununla sanki övladlarının gələcəkdə Vətənini, elini sevən, torpağı uğrunda mərdliklə savaşan igid bir oğul olacağının təməlini qoyurlar. Koroğlu mahnılarda, qoşmalarda, bayatılarda ən çox səslənən addır. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır. Tarixlər boyu xalqımız öz qəhramanları ilə fəxr edibdir.
Bu gündə Qarabağ döyüşlərində qəhramanlıq göstərmiş vətən övladlarının həyat yolu bizim üçün həm qəhrəmalıq simvoludur, həm də müasir Azərbaycan tarixinin təkrar olunmayacaq vətənpərvərlik nümunəsidir.
 “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bir sıra tədbirlər həyata keçirdi
 “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bir sıra tədbirlər həyata keçirdi
 “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bir sıra tədbirlər həyata keçirdi
 “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bir sıra tədbirlər həyata keçirdi
 “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bir sıra tədbirlər həyata keçirdi


Xəbəri paylaş

1 2198 dəfə oxunub.

Digər xəbərlər
23-04-2018, 10:03 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___