Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Problemli kreditlərin həlli üçün yeni təklif –Hansı miqdarda kredit bağışlana bilər?
Tarix: 23-05-2016 | Saat: 12:40
Bölmə:M / Karusel / İqtisadiyyat / Araşdırma | çapa göndər



Problemli kreditlərin həlli üçün yeni təklif –Hansı miqdarda kredit bağışlana bilər?

Millət vəkilləri Əli Məsimli və Vahid Əhmədov kredit problemi ilə əlaqədar olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə qanun layihəsi təqdim ediblər.

Bəzi xəbərlərə görə, yaxın dövrdə komitə sözügedən layihəni müzakirəyə çıxaracaq.

Millət vəkili Əli Məsimlisözügedən qanun layihəsinin məzmunu və mahiyyəti haqqında məlumat verib.

Deputat xatırladıb ki, 2015-ci ildə ölkədə devalvasiya baş verib: “Nəticədə manat kəskin qiymətdən düşüb. Manat ətrafında yaranan neqativlər virus formasında həm iqtisadiyyatın real sektoruna, həm də sosial sektora təsir etməklə əhalinin güzəranını pisləşdirib. Bununla da problemli kreditlər artmaqda davam edir. Əhali əvvəlkindən iki dəfə çox vəsaiti aldığı borca görə ödəməlidir. Bu da, hər bir adamın tədiyyə qabiliyyətinə mümkün olmadığı üçün kəskin proses yaranıb. Hazırkı vəziyyətdə bu prosesin bütün ağırlığı əhalinin üzərindədir. Biz isə hazırladığımız qanun layihəsi vasitəsilə hesab edirik ki, belə ağır prosesin bir tərəfin üzərində olması vəziyyətdən çıxış yolu deyil. Ona görə də, layihəmizdə problemi kreditləri həll etmək üçün dördbucaqlı varianta keçməyi təklif edirik”.

Əli Məsimli hesab edir ki, problemli kreditlərlə bağlı ədalətli olaraq ağırlığın bir hissəsi əhalinin üzərinə düşə bilər:

“Bildiyiniz kimi buna qədər dollar-manat münasibəti 78 qəpik idi, sonra 1 manat 05, daha sonra 1 manat 55 qəpik oldu. Hazırda 1 manat 50 qəpik civarındadır. Bizim fikrimizcə, dördbucaqlı variantda əhalinin bir hissəsi aldığı krediti 1.05 manatla ödəməlidir. İkinci tərəf Milli Bankdır. Üçüncüsü kommersiya, dördüncüsü isə dövlətdir.

Bu dördbucaq sistem əsasında risklər ədalətlə bölünsə, problemin həlli sürətlənə bilər. Konkretliyə gəldikdə hesab edirik ki, əgər kiminsə banka min dollar borcu varsa, həmin insan vəfat edib və ya ağır duruma düşübsə, ona zamin duran şəxsləri incitmək və təzyiqlər göstərmək artıqdır. Çünki zamin duranların özləri də indi yaxşı durumda deyil.

Ona görə də, ağır durumda olan və min dollar borcu olanların borcunun bağlanmasını doğru hesab edirik. Bizim təklifimizdə 5 və ya 10 min manat banka borcu olanların borcunun 1 dollara nisbətdə 1 manat 05 qəpik civarında hesablanması təklif edilir. Burada həm əhalinin, həm kredit verən bankların, həm Milli Bankın, həm də dövlətin üzərinə yük düşməklə problemin həlli modeli irəli sürülür.

Nisbətən iri kreditlərdə isə biz fərqli model təklif edirik. Daha doğrusu, hesab edirik ki, bu kreditlərin 1 dolların 1 manat 05 qəpiklə 1 manat 55 qəpik arasında olan yuvarlaq rəqəmə, məsələn 1 dollara nisbətdə 1 manat 25 qəpik ekvivalenti ödənilməsi ola bilər. Bu halda bankların sağlamlaşdırılması proqramı həyata keçirilən zaman müəyyən analizlər aparıla, mümkünsə, güzəştlərdə iştirak edən banklar vergidən azad edilə bilər”.

Sonda Əli Məsimli deyib ki, onların hazırladığı qanun layihəsinin işləməsi üçün qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi vacibdir: “Layihənin 3-və 4 dördüncü əlavələrində qanuvericilikdə dəyişikliklər nəzərdə tutulur. Bu dəyişikliklər bizim təklif etdiyimiz modelin işlənməsi üçün vacibdir. Birinci blokda isə maliyyə-bank sektorunun sağlamlaşdırılması, real sektorun inkişafında maliyyə sektorunun rolunun artırılmasına dair təkliflər var. Hesab edirik ki, bu təkliflər həyata keçirilsə, problem xeyli yumşalar və maliyyə blokunda yaranan vəziyyətdən çıxış isə bütövlükdə iqtisadiyyatın inkişafına, indiki vəziyyətlə müqayisədə daha pozitiv yön almasında rol oynaya bilər”. (Teleqraf.com)


Xəbəri paylaş

1 6638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___