İlham Əliyev İstanbulda dünya liderləri ilə bir yerdə
Tarix: 23-05-2016 | Saat: 12:02
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti işə başlayıb.
"Xəbəraz.az " xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
Sammit liderlərin səhər yeməyi ilə başlayıb.
Sonra Sammit iştirakçıları birgə foto çəkdirdilər.
Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ediləcək.
Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə iştirak edir.
Hazırda dünyada 130 milyondan çox insanın humanitar yardıma və sosial müdafiəyə ehtiyacı var. Bu qəbildən olan insanların sayı ildən-ilə artmaqdadır. Bu isə humanitar yardım üçün xərclərin məbləğini böyük dərəcədə artırıb. BMT-nin məqsədi bu problemlərin aradan qaldırılması üçün nəzərdə vəsaitin məbləğini 2003-cü ildəki 3,4 milyard dollardan 21 milyard dollara çatdırmaqdır. Bu baxımdan Sammitin əsas hədəfi münaqişələrin həlli və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, fəlakət zonalarındakı insanlara humanitar yardımlar çatdıraraq onların ehtiyaclarının ödənilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına nail olmaqdır.
Xəbəri paylaş
5008 dəfə oxunub.
Digər xəbərlər

26-07-2017, 11:23
"Əylənmək üçün toy etdik" - Burak Özçivit
10-12-2016, 22:56
Bananın qabığı qara olanını yeyin
22-04-2015, 18:57
Qaxda polisin törətdiyi müəmmalı qəza - TƏFƏRRÜATLAR + FOTO
18-05-2018, 21:48
Natiq Əliyevin oğlundan villanın sökülməsi xəbərinə - REAKSİYA
3-05-2017, 21:12
İsraillə Fələstin arasında sülh danışıqlarının başlandı-Donald Tramp
2-10-2015, 00:48
Seldən “Leksus”u belə aldı – Video
16-05-2016, 21:46
Göygöldə ev külə döndü
21-03-2015, 12:42
90-60-90 bədən ölçüləri necə olur? -Ekskluziv
19-11-2017, 10:22
“Uçan” piyada zolağı istifadəyə verildi
19-04-2022, 16:56
"Tərtər işi"nə görə axtarışda olan gizir - FOTO