Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Arazbarı” sənədli filminin təqdimat mərasimi
Tarix: 20-05-2016 | Saat: 16:43
Bölmə:M / Karusel / Gündəm / Reportaj | çapa göndər

“Arazbarı” sənədli filminin təqdimat mərasimi
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində sözləri şairə Sona Vəliyevaya və musiqisi bəstəkar Tahir Əkbərə aid olan “Arazbarı” sənədli filminin təqdimat mərasimi keçirilib.
"Xəbəraz.az " xəbər verir ki, ifaçıları əməkdar artist Bəyimxanım Vəliyevaya və tanınmış xanəndə Ehtiram Hüseynova, qiraətçisi isə mərhum xalq artistimiz İlham Əsgərova məxsus olan filmdə Azərbaycan tarixinin keşməkeşli dövrlərindən, xalqımızın yüksək mənəvi dəyərlərindən bəhs edilib. Təqdimatda çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib: “Bu əsərə süjeti çoxşaxəli dastan demək olar. Arazbarı bizim coğrafi, mənəvi tariximizdir. Qədim yunan tarixçiləri də bu yer haqda məlumat verib”. Təqdimatda iştirak edən Tahir Əkbər bildirib: “Bu əsər mənim yaradıcılığımda bir mərhələdir. Arazbarı bizim muğamlardan biridir. Sözlə musiqinin vəhdəti çox önəmlidir, bu əsər sabaha ümiddir, yaşayacaq və düşündürəcək”. Daha sonra Bəyimxanım Vəliyeva əsərin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edərək əsərdə sözü keçən ifaçılardan biri olduğu üçün şad olduğunu bildirib: “Bu əsər sadə bir əsər deyil, çox ağır mövzudu”. O vurğulayıb ki, gün gələcək torpaqlarımız işğaldan azad olunacaq və bu əsərə keçmiş xatirə kimi baxılacaq. Tanınmış jurnalist Bəxtiyar Qaraca yaradıcı heyətə təşəkkür edərək torpaqlara qayıtmaq uğrunda müəyyən iş görməklə xoşbəxt sayılmış olduqlarını bildirib: “Uzun müddət müxtəlif yerlərdə çəkilişlər etdik”. O əlavə edib ki, həcm baxımından bunu kompozisiya adlandırmaq olar. Qeyd edək ki, filmin çəkilişləri Bakı şəhərində, Sabirabad və Saatlı rayonlarında aparılıb. Filmin ssenari müəllifi Bəxtiyar Qaraca, rejissoru Kəmalə Mirzəyevadır. Layihənin rəhbəri Əflatun Amaşovdur.

Xəbəri paylaş

6828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___