Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məlumat mübadiləsi saatı” keçirilib
Tarix: 20-05-2016 | Saat: 15:31
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məlumat mübadiləsi saatı” keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə demoqrafiya sahəsində əhali üzrə proqnozların hazırlanması ilə bağlı “Məlumat mübadiləsi saatı” keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, Ombudsman Aparatının, BMT-nin Əhali Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq sahə üzrə fəaliyyət göstərən əməkdaşları, beynəlxalq ekspertlər iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əhali sakinliyi və demoqrafik inkişaf məsələsinin Azərbaycan hökumətinin gündəliyində mühüm yer tutduğunu qeyd edib. Nazir müavini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası bütün sahələrdə dinamik tərəqqini təmin etməklə yanaşı, ölkəmizdə demoqrafik vəziyyətin, əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, orta ömür müddətinin uzanmasına, müsbət miqrasiya saldosuna və s. imkan yaradıb. M.Kərimli Azərbaycanda demoqrafik siyasətin BMT-nin Əhali Fondu ilə əməkdaşlıq şəraitində formalaşdırıldığını və həyata keçirildiyini, ölkəmizdə demoqrafik proqnozların hazırlanması işlərində də bu əməkdaşlığın davam etdirildiyini diqqətə çatdırıb.

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev demoqrafik proseslərin sabit şəraitdə davam etməsi üçün məqsədyönlü siyasətin aparılmasında demoqrafik proqnozların hazırlanmasının əhəmiyyətindən bəhs edib. O, bununla əlaqədar ekspertlər arasında qarşılıqlı məlumat mübadiləsinə imkan verən belə tədbirlərin də önəmli olduğunu bildirib.

Tədbirdə demoqrafiya sahəsi üzrə beynəlxalq ekspert, Çexiyanın Karlov Universitetinin professoru Tomaş Kuçera demoqrafik proqnozlaşdırmanın xüsusiyyətləri, bu sahədə Avropa təcrübəsi barədə məlumat verib. Daha sonra Azərbaycan və dünya əhalisinin say, cins, yaş tərkibi baxımından demoqrafik inkişaf proqnozları müqayisəli formada təqdim olunub və təqdimat əsasında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Xəbəri paylaş

6978 dəfə oxunub.

Digər xəbərlər
14-05-2016, 14:54 Prokuror-kriminalist öldü

bütün xəbərlər
____ Instagram ___