Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda “Xudafərin” şadlıq sarayında Gəlin toydan qaçmaq istəyib
Tarix: 27-04-2015 | Saat: 13:40
Bölmə:M / Karusel / Gündəm / Maraqlı / Həftə-Reytinq | çapa göndər

Bakıda “Xudafərin” şadlıq sarayında Gəlin  toydan qaçmaq istəyib

Bakıda “Xudafərin” şadlıq sarayında keçirilən toy zamanı baş verən kütləvi davanın səbəbi məlum olub.


Xeberaz.az xəbər verir ki, şadlıq evinin rəhbərliyindən azvision.az-verilən məlumata görə, toy zamanı Sənan adlı bəy gəlini döymək istəyib.

Bu zaman qohumlar arasında mübahisə düşüb. Davanın mahnı üstündə düşdüyü məlum olub:

“Toyda çoxlu mahnı sifarişləri verilib. Bəylə gəlini də rəqsə dəvət ediblər. Bu zaman bəy oynamaq istəməyib. Gəlin isə rəqs etmək istəyib. Toydakı gənclərdən biri bəyə yaxınlaşıb, onun qulağına nəsə pıçıldayıb. Bu zaman bəy əsəbləşib. Yanında oturan gəlinə əl atıb. Gəlin də toydan qaçmaq istəyib. Bu zaman yeni qohumlar arasında mübahisə yaranıb. Hadisə ilə bağlı polisə xəbər verilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşları şadlıq evinə daxil olaraq, davanın qarşısını alıb”.

Şadlıq evindən verilən məlumata görə, bəyin saxlanılması haqda mətbuatda yayılan xəbərlər doğru deyil.

“Onların polis tərəfindən saxlanılması barədə yayılan xəbərlər yalandır. Toy bitdikdən sonra gecə bəylə-gəlin restoranı birgə tərk ediblər. Onların nikahları pozulmayıb. Yayılan xəbərlər dezinformasiyadır. Bəy-gəlin çox da imkanlı adamlar deyillər”.


Xəbəri paylaş

2 2298 dəfə oxunub.

Digər xəbərlər
19-02-2016, 13:45 “Allahın əli hardadır?

bütün xəbərlər
____ Instagram ___