Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azı 4700 nəfər xəsarət alıb. - YENİLƏNİB + VİDEO
Tarix: 26-04-2015 | Saat: 12:36
Bölmə:M / Karusel / Dünya / Xəbəraz TV | çapa göndər

Azı 4700 nəfər xəsarət alıb. - YENİLƏNİB + VİDEO


Ötən gün Nepalda baş vermiş güclü zəlzələ zamanı ölənlərin sayı 1805 nəfərə çatıb.

Xeberaz.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nepalın Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatına görə, təbii fəlakət nəticəsində 4718 nəfər xəsarət alıb.

Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.

Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Nepal hakimiyyəti ölkələrə humanitar yardımla bağlı müraciət edib.

Qeyd edək ki, bundan əvvəl Nepalda ən güclü zəlzələ 1934-cü ildə baş verib. 8,2 bal gücündə zəlzələ o zaman 10 000 nəfərin həyatına son qoyub.

25.04.2015 18:55

Nepalda baş vermiş dəhşətli zəlzələnin qurbanlarının sayı 876-ya çatıb.

Xeberaz.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

“Zəlzələnin qurbanlarının sayı Katmandu vadisində 524 qurban daxil olmaqla 876-ya çatdı,” – hüquq-mühafizə orqanlarından bildirilib.

Polis qeyd edir ki, axtarış-xilasetmə işləri davam etdirilir və dağıntılar arasında daha çox qurban aşkar oluna bilər.

17:38

Nepalda zəlzələdən ölənlərin sayı 700-ü keçib.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Nepal daxili işlər nazirliyi məlumat verib. Daha öncə, hakimiyyət 597 nəfərin öldüyünü bildirmişdi.

Nepalın paytaxtı Katmandu yaxınlığında güclü zəlzələ baş verib. Təkanların maqnitudası 7,9 bal gücündə olub. Yerin iki kilometr dərinliyində baş verən təkanlar paytaxt Katmandunun 77 kilometr şimal-qərbində qeydə alınıb.

Zəlzələ nəticəsində Katmandudaki bəzi binalar dağılıb. Qonşu Hindistan və Pakistanda da hiss edilən təkanlar ciddi zərərə səbəb olub. Ancaq rəsmilər insan təlafatı və itkilər barədə hələlik açıqlama vermir.

Qeyd edək ki, ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) zəlzələnin gücünü daha əvvəl 7,5 bal olaraq açıqlamışdı. Daha sonra yayımladığı məlumatda təkanların 7,9 bal olduğunu qeyd edib.

15:40

Nepalda güclü zəlzələ nəticəsində 150-dən çox insan həyatını itirib.

Xeberaz.az Reuters-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində ölkənin paytaxtı - Katmandu şəhərində - bir neçə ev dağılıb.

ABŞ Geoloji Xidmətindən bildirilib ki, zəlzələnin episentri Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə yerləşib və 7,9 bal gücündə olub.

Yeraltı təkanlar həmçinin Hindistanın Dehli, Kolkata və Lakxnau şəhərlərində də hiss edilib.
[media=https://youtu.be/jH605KUnbSw]


Xəbəri paylaş

5448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___