Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın cüdo üzrə Yaponiyadan deportasiya edilib
Tarix: 25-04-2015 | Saat: 12:46
Bölmə:M / Karusel / İdman / Fotogalereya | çapa göndər

Azərbaycanın cüdo üzrə  Yaponiyadan    deportasiya edilib

Azərbaycanın cüdo üzrə yığmasını Yaponiyadan deportasiya ediblər?
Bizim komanda vaxtından əvvəl qayıdıb.

Azərbaycanın yığçması təlim məşqləri keçirilən Yaponiyadan vaxtından əvvəl qayıdıb.

Xeberaz.az “Exo”ya istinadən xəbər verir ki, buna səbəb cüdoçularımızla baş verən xoşagəlməz hadisə səbəb olub, onlardan Yaponiyanı vaxtından öncə tərk etməyi xahiş ediblər.

“Futbol+” nəşrinin məlumatına əsasən, bizim komanda ölkədən deportasiya edilib.

Səbəb isə mağazaların birində bizim idmançıları oğurluqda ittiham ediblər. Guya cüdoçular Mehman Sadıxov və Qurban Qurbanov ticarət mərkəzlərinin birində geyim almaq istəyiblər amma pulları çatmayıb, və mağazanın meneceri polis çağırmalı olub.

Bu hadisə haqqında Mehman Sadıxov özü danışıb. “Na samom dele hadisə Azərbaycanda deyildiyi kimi olmayıb. Bəli biz Qurbanov ilə ticarət mərkəzində olmuşuq və alış-veriş etmişik. Amma yanımızda pul var idi oğurluqdan söz ola bilməz. Xoşumuza gələn geyimi seçdik və onu piştaxtadan götürdük, çıxıb pulu dəyişmək istəyəndə bizi satıcı saxladı.

Iş ondadır ki, yanımızda yalnız dollar var idi, onları ienə dəyişməyi çatdırmamışdıq. Ona görə də menecerə bunu izah etdik, o buna baxmayaraq bizi oğurluqda ittiham etdi və sənədlərimizi tələb etdi.

Biz ona: “Bizə pulu dəyişməyə zaman verin dedik və biz qayıdacayıq” dedik, o isə fikrini dəyiçmədi. Nəticədə polis çağırdı və pasportu təqdim etməyi tələb etdilər.

Bizim sənədlərimiz baş məşqçidə Hacıağa Hacıəhmədov da idi, ona görə də biz onu ticarət mərkəzinə çağırmalı olduq. O, bizim sənədlərimzii gətirdi və biz polis ilə bərabər pul dəyişmə məntəqəsinə getdik, pulu dəyişdik, əşyaları aldıq və bununla da söhbət bitdi. Amma bizdən Yaponiyanı tərk etməyi xahiş etdilər”, - Sadıxov danışıb.

Maraqlıdır ki, baş məşqçinin müavini Mehman Əzizov ümumiyyətlə ticarət mərkəzində hadisə barədə məlumatı tamamən təkzib edib. “Belə bir şey olmayıb. Xoşagəlməz hadisə məşqdən sonra baş verib. Bizim cüdoçualrdan biri uşağı başının üstünə qaldırıb ki, şəkil çəkdirsin. O sadəcə bu gənc cüdoçunu bəyənib. Amma uşağın valideynləri baş məşqçiyə şikayət ediblər.

Mağazada oğurluq barədə məlumat isə həqiqətə uyğun deyil”, - Əzizov bildirib.

Azərbaycanın Cüdo üzrə Federasiyasının baş katibi Elnur Camalxanov da oğurluq ittihamını təkzib edib.

“Mən cüdoçualarımzınmağazada olmamalraı amma yanlarında ancaq dollar olduğiu üçün əşya ala bilməmələrini eşitmişəm, - Azerisport onun sözlərindən sitata gətirir. – Bizim cüdoçular oğurluq ilə tutulsaydılar, inanın ki, onları Yaponiyadan çıxmağa qoymazdılar. Komanda təlim məşqlərindən Bakıya travma üzündən qayıdıblar.

Azərbaycan yığması Yaponiyada 16 nəfərdən ibarət tərkib ilə təlim keçirdi. Qarşıdan Bakıda keçiriləcək Avropa oyunları gəlir və optimal tərkibdə olmaq lazımdır.

Uşaq ilə bağlı məsələyə gəldikdə isə, mənə bu barədə yığmanın məşqçisi danışıb. Cüdocularımızdan biri uşaq ilə şəkil çəkdirib, uşağın valideynləri şikayət ediblər. Yaponiyanın öz mentaliteti var və kimə isə bu xoş gəlməyib. Amma bu qanun pozuntusu deyil”


Xəbəri paylaş

6258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___