“Heydər Əliyevin sayəsində Türkiyə Avrasiyasının ürəyi oldu” – “Hürriyet Daily News”
Tarix: 10-05-2016 | Saat: 11:29
Bölmə:M / Karusel / Siyasət / Ekskluziv | çapa göndər
Türkiyənin “Hürriyet” qəzetinin ingilis dili versiyasında (hurriyetdailynews) “Heydər Əliyevin enerji strategiyası” adlı məqalə dərc olunub.
Mərmərə Qrup Strateji və Sosial Tədqiqatlar Fondunun prezidenti Akkan Suverin müəllifi olduğu məqalədə Heydər Əliyevin prezident olduğu 10 il ərzində gördüyü işlərin Türkiyə-Azərbaycan ittifaqının yol xəritəsini yaratdığı deyilir.
“Heydər Əliyev Türkiyə-Azərbaycan ittifaqının təməl daşını qoydu. Onun enerji strategiyası nəticəsində bu gün Cənub Qaz Dəhlizi layihəsinin əsası qoyulub. Unudulmamalıdır ki, Türkiyənin Avrasiyanın enerji ürəyi olması məhz Heydər Əliyevin sayəsində mümkün olub. Bu gün Ankara Əliyevin enerji strategiyasının meyvələrini yeyir. Bu layihələrin əsası Bakı-Tiflis-Ceyhan kəməri ilə qoyulub. Bununla da regionun enerji hovuzunda Türkiyənin üfüqləri genişləndi. SOCAR Heydər Əliyevin enerji strategiyasının gözəl nümunəsidir. TANAP bu epoxanın böyük nailiyyətidir. Bakı-Tiflis-Qars dəmiryolu layihəsi Avrasiyanın qürur mənbəyidir. Bütün bu investisiya və layihələr hər iki ölkənin gələcək əlaqələri üçün təməl daşı olub. Azərbaycanla Türkiyə arasında həmrəyliyin yaradılması Heydər Əliyevin şah əsəridir”, - deyə müəllif qeyd edib.
TANAP, TAP, BTQ layihələri, Avropanın enerji təhlükəsizliyində Bakı və Ankaranın aldığı rol, ikitərəfli əməkdaşlıq, həmçinin, Türkiyə ilə Azərbaycanın regional enerji nəhənginə çevrilməsi məsələlərinə toxunan Akkan Suver yazır ki, Heydər Əliyev bu əsərin memarıdır.
Xəbəri paylaş
8168 dəfə oxunub.
Digər xəbərlər

12-02-2021, 19:02
Prezidentdən Dövlət Miqrasiya Xidməti ilə bağlı FƏRMAN
30-08-2015, 01:47
Astarada toy yasa döndü
31-08-2019, 13:34
Sabahdan maaşlar artmalıdır! — Nazirlikdən XƏBƏRDARLIQ
3-03-2017, 13:38
“Hərbi xidmətdə olmayana qız verməyin” - Əli Həsənov
25-03-2017, 13:38
ABŞ-da təyyarə evin üstünə düşüb - VİDEO
14-07-2021, 11:46
Ağdərədə erməni kəşfiyyat-diversiya qrupu zərəsizləşdirldi: 1 ölü, 2 yaralı - NƏ BAŞ VERİR?
21-11-2021, 11:45
Qara və boz paltarlar sağlamlıq üçün təhlükəlidir: XƏBƏRDARLIQ
24-02-2016, 15:01
1940 dərman yeni qiymətlərlə satılacaq - Sabahdan
11-06-2017, 11:41
Məhəmməd peyğəmbəri təhqir edənə ölüm hökmü kəsildi
5-04-2022, 03:31
Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə aid olunduğu deyilən "Medistyle Hospital”