Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elçibəyin Heydər Əliyev barədə səmimi sözləri
Tarix: 10-05-2016 | Saat: 08:58
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Elçibəyin Heydər Əliyev barədə səmimi sözləri

Azərbaycanda daxili savaşın qarşısının alınmasında Heydər Əliyevin xidməti var.

"Xəbəraz.az " ümummilli lider Heydər Əliyevin 93 illiyində xatırladır ki, bu sözləri Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıtdıqdan sonra, 30 oktyabr 1997-ci ildə “Azadlıq” qəzetinin akt zalında keçirilən mətbuat konfransında dilə gətirmişdi.

Ölkə.az-ın yenidən gündəmə gətirdiyi sözügedən konfransda Ə.Elçibəy siyasi opponenti olmasına baxmayaraq, Heydər Əliyevin ölkədə baş verə biləcək vətəndaş müharibəsinin qarşısının alınmasında xidmətini vurğulayır.

Azərbaycanın ikinci prezidenti özünün bacarmadığını Heydər Əliyevin etdiyini səmimi şəkildə deyir:

“Dəfələrlə demişəm ki, Sürət Hüseynov, Rəhim Qazıyev və Ələkrəm Hümbətov Rusiya Baş Kəşfiyyat İdarəsi tərəfindən ələ alınmış adamlar olublar. Biz onları xalqdan təcrid edib saxlaya bilmədik. Heydər Əliyev isə bunu edə bildi. Bu, Heydər Əliyevin müsbət və üstün cəhətidir. Çox adam deyir ki, niyə onları vurmurdunuz? Vurub öldürmək nədir? Terrorçu dövlət deyilsən ki! Həbs eləmək lazım idi. Biz onları həbs edə bilmədik”.

Qeyd edək ki, Azərbaycan müharibə şəraitində olduğu halda ölkədə qiyam qaldıran, separatizmi yayan, ölkənin milli maraqlarına xəyanət edən, arxalarında silahlı qüvvə, xarici xüsusi xidmət orqanlarının dayandığı bu şəxsləri Heydər Əliyev bir güllə belə atmadan, heç bir hərbi qarşıdurmaya getmədən qısa müddətdə zərərsizləşdirmişdi.


Xəbəri paylaş

6888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___