Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident İlham Əliyev: “Danışıqlar prosesində mövqeyimizi gücləndiririk”
Tarix: 09-05-2016 | Saat: 15:57
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev: “Danışıqlar prosesində mövqeyimizi gücləndiririk”
“Azərbaycanda xalq-iqtidar birliyi inkişafımızın əsas şərti, sabitliyin əsas amilidir”.
"Xəbəraz.az " xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil olunan rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Prezident İlham Əliyev siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının, onun qayğılarının dayandığını bildirib. O qeyd edib ki, dünyadakı iqtisadi böhrana baxmayaraq, Azərbaycan bütün məsələlərin öhdəsindən uğurla gəlir. Çünki iqtisadiyyatın şaxələndirilməsi sahəsində siyasət davam edir, “Əsrin müqaviləsi” çərçivəsində aparılan işlər iqtisadi gücümüzü artırır. Neft-qaz sahəsində reallaşdırılan irimiqyaslı layihələri xatırladan dövlət başçısı hazırda bu istiqamətdə əlavə tədbirlərin görüldüyünü qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan və fəaliyyətinə böyük rəğbətlə yanaşılan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin təşkilatçısıdır. Bu isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir. Çünki ölkəmizə gələn qonaqlar bu həqiqətləri öz gözləri ilə görürlər.
Gələcək inkişafla bağlı dəqiq proqramların mövcud olduğunu deyən Prezident İlham Əliyev indi əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu söyləyib və bildirib ki, bu istiqamətdə biz öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk.
Ermənistan ilə Azərbaycan arasında fərqin göz qabağında olduğunu bildirən dövlət başçısı aprel döyüşlərinin Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. Dövlət başçısı çıxışını “Bu yol Heydər Əliyev yoludur. Biz bu yolla gedirik, gedəcəyik və Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik” fikri ilə yekunlaşdırıb.


Xəbəri paylaş

5628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___