İdmançılarımız Yaponiyada heç bir oğurluq etməyib.RƏSMİ AÇIQLAMA
Tarix: 24-04-2015 | Saat: 13:55
Bölmə:M / Karusel / İdman | çapa göndər
Xeberaz.az xəbər verir ki, “Mətbuatda yayılan məlumatlar yalandır. İdmançılarımız Yaponiyada heç bir oğurluqda iştirak etməyib”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elnur Camalxanov deyib.
O, Yaponiyaya səfər edən idmançılarımızın bu ölkədə oğurluq etdiklərinə görə təlim-məşq toplanışını yarımçıq qoyub geri qayıtması ilə bağlı xəbərlərə münasibət bildirib. Federasiya rəsmisi millimizin üzvlərinin zədəyə görə səfərdən tez qayıtdıqlarını bildirib: “Bizim komanda ora az heyətlə getmişdi. Həmişə idmançıların sayı çox olurdu. Bu dəfə isə fərqli idi. Millimizin Yaponiyadan tez qayıtmasına səbəb zədələrdir. Heyətin bir neçə üzvü zədələndiyinə görə təlim-məşq toplanışını davam etdirmək mümkün olmayıb. Onlar vətənə dönüblər. Bildiyiniz kimi burada Avropa oyunlarına hazırlaşmaq lazımdır. Həmçinin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçiriləcək. Cüdoçularımız da bu yarışlara hazırlaşacaqlar”.
Camalxanov həmçinin millimizin üzvlərinin bir uşaqlar şəkil çəkdirdiyinə görə problem yaşadıqlarını da bildirib: “Orada qaydalar fərqlidir. Millimizin üzvlərindən biri bir uşaqlar şəkil çəkdirib. Həmin uşağın valideyni də buna görə şikayət edib. Cinayət tərkibli bir hadisə olmayıb. Bilirsiz, Gürcüstan millisi Yaponiyada təyin olunmamış gündə Yaponiyada balıq tutduğuna görə ora buraxılmır”.
Xəbəri paylaş
6208 dəfə oxunub.
Digər xəbərlər

25-01-2016, 14:48
Bu modelin yaşı hamını təəccübləndirdi - FOTO
25-12-2016, 11:08
Toyda gəlinin əxlaqsız fotosunu göstərdilər, aləm qarışdı - VIDEO
30-01-2018, 09:51
Qurban Qurbanovun millimizdə ilk sınağı
31-03-2017, 23:10
Çağatay Ulusoyun 210 minlik yeni avtomobili - Fotolar
16-06-2017, 11:07
Vasif Talıbov iftar süfrəsi açdı - FOTO
24-07-2018, 16:42
Əfsanəvi Ciu-Citsu usdası Roys Qreysi BAKIDA!
30-08-2023, 12:17
Əsirlikdə sağ olduğu təsdiqlənən 54 azərbaycanlı sonradan öldürülüb
23-06-2018, 11:00
Tramp iki tvit atdı, OPEK dərhal qərar verdi və… - Ekspert