Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev təbrik məktubu göndərdi
Tarix: 08-05-2016 | Saat: 11:39
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev təbrik məktubu göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev qırğız həmkarı Almazbek Atambayev və Qırğızıstan xalqını Böyük Vətən müharibəsində qazanılan Qələbənin 71-ci ildönümü münasibətilə təbrik edib.

Report xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

İlham Əliyev qeyd edib ki, o ağır müharibə illərində xalqların göstərdiyi misilsiz qəhrəmanlıq, cəsarət, fədakarlıq və yenilməzlik müharibənin şanlı tarixinə həmişəlik daxil olub.

"Əminəm ki, həm ön, həm də arxa cəbhədə sınaqlara tab gətirən xalqlarımızın dostluğu və qarşılıqlı dəstəyi bundan sonra da, Azərbaycan və Qırğızıstan arasında hərtərəfli əməkdaşlıq və qarşılıqlı fəaliyyətin inkişafı üçün möhkəm təməl olacaq", —prezidentin təbrik teleqramında bildirilir.

Azərbaycan prezidenti Almazbek Atambayevə, bütün ön və arxa cəbhə veteranlarına, həmçinin qardaş Qırğızıstan xalqına xoşbəxtlik, firavanlıq və uğurlar arzu edib.


Xəbəri paylaş

6698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___