Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev nekroloq imzaladı
Tarix: 04-05-2016 | Saat: 19:15
Bölmə:M / Karusel / Siyasət | çapa göndər


İlham Əliyev nekroloq imzaladı
Azərbaycan prezidenti İlham Əliyev, dövlət rəsmiləri və ictimai xadimlər xalq şairi Söhrab Tahirin vəfatı ilə bağlı nekroloq imzalayıblar. APA-nın məlumatına görə, nekroloqda bildirilir ki, Azərbaycanın ədəbi ictimaiyyətinə ağır itki üz verib. Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Söhrab Əbülfəz oğlu Tahiri 2016-cı il mayın 4-də ömrünün 90-cı ilində vəfat edib.

"Xəbəraz.az "xəbər verir ki, Söhrab Tahiri 1926-cı il may ayının 27-də İranın Astara şəhərində anadan olub. Sonralar o, ailəsi ilə birlikdə Kirmanşah şəhərinə köçərək orada orta məktəbdə oxumuş və “İran-ingilis neft şirkəti”ndə çalışıb. Təhsilini davam etdirmək məqsədilə Bakıya gələn Söhrab Tahiri 1946–1950-ci illərdə Bakı Hərbi Məktəbinin, 1952–1957-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olub.

1959–1961-ci illərdə Moskvada müdavimi olduğu Qorki adına Ali Ədəbiyyat kursunu bitirdikdən sonra Bakıya qayıdan Söhrab Tahiri “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, “Azərbaycan” qəzetinin və “Azərbaycan” jurnalının redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalının redaktoru, 1986–1991-ci illərdə isə Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri işləyib.

Söhrab Tahir 1993–2003-cü illərdə Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitutunun, 2003-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı olub.

Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri Söhrab Tahir dolğun və mənalı yaradıcılıq yolu keçmişdir. Ədəbiyyat aləminə 1949-cu ildə “Azərbaycan” qəzetində dərc edilmiş şeiri ilə gələn şair həyatının altmış ildən artıq bir dövrü ərzində ədəbi söz xəzinəmizə dəyərli töhfələr vermişdir. Söhrab Tahiri poeziyası ənənəyə yaradıcı münasibətilə səciyyələnmiş və özünəməxsus obrazlılıq tərzi, üslub keyfiyyətləri, poetik axıcılığı sayəsində daim oxucularının rəğbətini qazanmışdır. Ana dilinə hədsiz məhəbbətlə yanaşaraq onun misilsiz bədii imkanlarından məharətlə faydalanan sənətkarın yaradıcılığı milli-mənəvi dəyərlərin təbliğinə, vətənpərvərlik hisslərinin aşılanmasına xidmət göstərir. Poeziyamızın azadlıq ideyaları ilə zənginləşməsində və gənc nəslin tarixi-mədəni irsə bağlılıq ruhunda tərbiyəsində onun yaradıcılığının böyük əhəmiyyəti vardır.
Söhrab Tahirinin 30-dan çox kitabda toplanmış şeir və poemalarının, hekayə, povest və romanlarının başlıca leytmotivini Azərbaycana dərin bağlılıq, xalqın azadlıq uğrunda mübarizəsinin və zəngin mənəvi dünyasının tərənnümü təşkil edirdi. Bütün yaradıcılığı boyu azərbaycançılıq məfkurəsinə sadiq qalan şair Azərbaycan xalqının əsrlər boyu yaşadığı mürəkkəb tarixi keçmişin ən kəşməkəşli mərhələləri ilə bağlı fikir və düşüncələrini əsərlərində məharətlə əks etdirmişdir. Onun parlaq bədii dillə qələmə aldığı bu əsərlər xalq ruhuna dərindən bağlılığı və geniş epik lövhələrin zənginliyi ilə seçilir. Söhrab Tahiri şeir və nəsrlə yanaşı, ədəbi-tənqidi və publisistik məqalələrin müəllifi kimi də tanınırdı.

Söhrab Tahirinin uzunmüddətli ədəbi fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə bir sıra fəxri ad və medallarla təltif edilmiş, Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülüb.

Nekroloqu prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Akif Əlizadə, Anar Rzayev, Fikrət Qoca, Nəriman Həsənzadə, Mövlud Süleymanlı, Çingiz Abdullayev imzalayıblar.


Xəbəri paylaş

6098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___