Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nüvə Tədqiqatlarının Bakıda toplantısı keçirildi - Foto
Tarix: 02-05-2016 | Saat: 18:53
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Nüvə Tədqiqatlarının Bakıda toplantısı keçirildi - Foto
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə CERN təcrübəsinin toplantısı keçirilir.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, 5 gün davam edəcək NA61/SHINE və NA49 təcrübələrinin kollaborasiya toplantısında CERN üzvləri, o cümlədən Azərbaycan, Amerika, Rusiya, Almaniya, Fransa, İsveçrə, Polşa və digər Avropa ölkələrinin alimləri iştirak edirlər.

Beynəlxalq konfrans CERN-də fəaliyyət göstərən "NA61/SHİNE" təcrübəsinə eləcə də "NA49" təcrübəsində toplanmış məlumatların analizinə həsr edilib.

Konfransın gedişatında aparılan təcrübələr haqda geniş məlumat veriləcək, son elmi nəticələr müzakirə ediləcək.

Bu istiqamətdə aparılan müzakirələrdən sonra gələcək elmi nəticələrin nəşr olunması ilə bağlı qərarlar qəbul ediləcək.

Konfransın ilk günündə iştirakçılara Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı üzrə həyata keçirilən islahatlar, o cümlədən nüvə texnologiyalarından dinc məqsədlərlə istifadəsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılmış "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri, perspektiv planları haqda ətraflı məlumat verilib.

Qeyd edilib ki, Milli Nüvə Tədqiqatları Mərkəzinin yeni yaranmasına baxmayaraq, bu sahədə əvvəlki illərdə kifayət qədər təcrübə qazanmış Azərbaycan hazırda CERN, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər qurumlarla əməkdaşlıq edir.



Nüvə Tədqiqatlarının Bakıda toplantısı keçirildi - Foto


Xəbəri paylaş

5768 dəfə oxunub.

Digər xəbərlər
10-04-2015, 23:47 Cəhənnəmdən xəbər var

bütün xəbərlər
____ Instagram ___