Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident: “Ermənistan xahiş etdi ki…”
Tarix: 02-05-2016 | Saat: 15:16
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Prezident: “Ermənistan xahiş etdi ki…”

Bu ilin əvvəlindən danışıqlar prosesində müəyyən irəliləyişlər müşahidə olunurdu. Bizdə olan məlumata görə, həmsədrlər tərəfindən Ermənistana ciddi təzyiqlər göstərilir. Düzdü, onlar açıq şəkildə bunu bəyan etmirlər və çalışırlar ki, balans saxlasınlar. Amma həqiqət ondan ibarətdir ki, bu gün münaqişənin sülh yolu ilə həllini əngəlləyən Ermənistandır.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Tərtər rayonundakı “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşü zamanı deyib.

Prezident İlham Əliyev Ermənistanın bu gün də razılaşdırılmış atəşkəsi pozduğunu açıqlayıb:

“Ordu quruculuğu siyasətimizin prioritetidir. Bu təbiidir, çünki müharibə şəraitində yaşayırıq. 1994-cü ildə atəşkəs rejimi yaranıb, lakin Ermənistan kobudcasına bunu daima pozur. Xüsusilə görəndə ki, onlara qarşı münaqişə ilə bağlı beynəlxalq təzyiq artır, onlar daha çox müxtəlif silahlı təxribatlara əl atır. Beynəlxalq ictimaiyyət artıq münaqişə ilə bağlı tam məlumatlıdır. Bütün dünyaya sübut edə bilmişik ki, zərərçəkən tərəf bizik. Ermənistan işğalçı dövlətdir və Azərbaycan xalqına qarşı soyqırım törədib. Torpaqlarımızı işğal edib və bu işğalı davam etdirir. Bu məsələ ilə məşğul olan Minsk Qrupunun həmsədrləri də son vaxtlar bəyan etmişdilər ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir. Bu o deməkdir ki, işğala son qoyulmalıdır. Birbaşa Ermənistana ünvanlanan siqnaldır. Eyni zamanda, Azərbaycan dünya miqyasında daha çox dəstək qazanır, onlar danışıqları pozmaq və işğalçı siyasəti davam etdirmək üçün vaxtaşırı silahlı təxribatlara əl atırlar. Yaxın keçmişdə, xüsusilə 2014-cü ildə, yay aylarında bizim mövqelərimizə hücum çəkmişdilər. O vaxt da layiqli cavab verilmişdi. 2014-cü ilin noyabrında danışıqlarda müəyyən ümidlər yaranandan sonra Ağdam rayonunda onların verdiyi məlumata görə, 47 min şəxsi heyətlə genişmiqyaslı təlimlər keçirdilər. Sırf təxribat xarakterli addım idi. Azərbaycan özünü təmkinli aparırdı. Ondan sonra Ermənistanın iki hərbi vertolyotu bizim mövqelərimizə hücum çəkdi və Azərbaycan ordusu onlardan birini məhv etdi. Bu, Ermənistana imkan verdi ki, bizi günahlandırsın və danışıqları pozsun. Məqsəd aydın idi. Yenə danışıqlar aparılmasın və işğalçı siyasətini davam etdirsin. Bu ilin əvvəlindən danışıqlar prosesində müəyyən irəliləyişlər müşahidə olunur. Bizdə olan məlumata görə, həmsədrlər tərəfindən Ermənistana ciddi təzyiqlər göstərilir. Düzdü, onlar açıq şəkildə bunu bəyan etmirlər və çalışırlar ki, balans saxlasınlar. Amma həqiqət ondan ibarətdir ki, bu gün münaqişənin sülh yolu ilə həllini əngəlləyən Ermənistandır. Bunu görən Ermənistan növbəti təxribata əl atdı. Bu, aprelin əvvəlində baş verdi. Onlar bizim mövqelərimizə hücum çəkdilər. Azərbaycan əks həmlə ilə düşməni yerinə oturtdu və təmas xəttində bizim mövqelərimiz daha da möhkəmləndi. Ermənistan tərəfinin xahişi ilə aprelin 5-də biz razılıq verdik ki, atəşkəs bərpa edilsin. Biz müharibə istəmirik. İstəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun. Yalnız görüntü xarakterli danışıqlar olmasın. Biz atəşkəsə bu gün də əməl edirik. Əfsuslar olsun ki, Ermənistan özünü qeyri-səmimi aparır. Aprelin 5-dən bu yana gün olmur ki, atəşkəsi pozmasınlar. İlk günlərdə çalışırdılar ki, tutduğumuz mövqelərdən bizi tərpətsinlər. Görəndə ki, bu alınmır, Azərbaycan əsgəri möhkəm dayanır, başladılar mülki əhaliyə qarşı silahlı təxribatlara. Bizim kəndlərimiz atəşə tutulub, mülki əhali həlak olub, yaralanıb, 500-dən çox evə ziyan dəyib, 100-dən çox ev dağılıb. Bax budur Ermənistan faşizminin əsl üzü. Onlar 1-ci Qarabağ müharibəsi zamanı da belə edirdilər. Görəndə ki, döyüş meydanında gücləri çatmır, dinc əhaliyə hücum çəkirlər. Biz mülki əhali ilə mübarizə aparmırıq. Biz sadəcə düşmənin bizə açdığı hədəfi dəqiq zərbə ilə məhv edirik. Münaqişənin həlli Ermənistan dövlətinə də imkan verəcək ki, onlar da müstəqil dövlət qura bilsinlər. Mən yenə də ümid edirəm ki, Ermənistanın işğalçı siyasəti sona çatacaq. Azərbaycan xalqı bununla heç vaxt barışmayacaq. Münaqişənin həlli beynəlxalq prinsip və normalarla olmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.


Xəbəri paylaş

7598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___