Türkiyə Azərbaycanın dəstəyini gözləyir
Tarix: 02-05-2016 | Saat: 13:14
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Türkiyə Orta Asiya bazarlarına daha asan çıxış əldə etmək üçün plan hazırlayıb. Bunun üçün Rusiya və İranın nəqliyyat dəhlizlərindən asılılıq azaldılacaq. Həmçinin Xəzər dənizi üzərindən keçən dəhliz bu planın əsas hissələrindəndir.
ANS-in məlumatına görə, bu sözləri Türkiyənin İqtisadiyyat naziri Mustafa Elitaş bildirib.
Musafa Elitaş deyib ki, Türkiyənin Nəqliyyat və Dənizçilik Nazirliyi Xəzər dənizi ilə yükdaşımanın sürətləndirməsi üçün Azərbaycan, Qazaxıstan və Türkmənistanla danışıqlar aparır.
“Hazırkı danışıqlarda və görüşlərdə gömrük sənədlərinin asanlaşdırılması, daşınma qiymətlərinin endirilməsi məsələləri müzakirə olunur. Xəzər dənizi dəhlizi ilə yükdaşımalar sürətləndirildiyi dövrdə gəliş-gediş xərcləri 2 min 900-3 min 300 dollar arasında idi. Amma daha sonra bu qiymət 700 dollar səviyyəsinə düşdü”,- nazir bildirib.
Nazir Rusiya ilə baş verən son hadisələrdən sonra Xəzər dənizi nəqliyyat dəhlizinin daha strateji mövqeyə sahib olduğunu deyib.
Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin İcra heyətinin rəhbəri Fatih Şener isə Rusiya ərazisindən keçən nəqliyyat dəhlizi yenidən açılsa belə, Xəzər dənizinin öz əhəmiyyətini qoruyacağını deyib.
"Biz çalışırıq ki, bu xətdən təkcə türk sürücülər deyil, digər ölkələrin yükdaşıma şirkətləri də istifadə etsin. Türkiyə və Çin arasında quru yolunun inkişaf etdilməsi gündəmdədir. Bu ay Türkiyə və Çin nümayəndə heyətləri arasında görüş olacaq. İki ölkə arasında quru yolu barədə razılıq əldə olunduqdan sonra Xəzər dənizinin tranzit əhəmiyyəti daha da artacaq. Xəzər dənizi nəqliyyat dəhlizininin inkişaf etdilməsini milli siyasət kimi dəyərləndirməliyik",- Türkiyə rəsmisi bildirib.
Xəbəri paylaş
6338 dəfə oxunub.
Digər xəbərlər

9-03-2016, 11:01
Neft bahalaşır: son ayların ən yüksək qiymətinə çatdı
26-11-2021, 09:31
Teymur Rəcəbov Xalq artistinin nəvəsi ilə nişanlandı - FOTOlar
19-09-2016, 17:38
İT-mütəxəssislər niyə Azərbaycana axışırlar?
10-06-2017, 10:51
Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib
8-05-2017, 10:37
Tarkan evlilik ildönümünü belə qeyd etdi - Fotolar
8-05-2016, 17:08
Müğənni Samira Dima Bilan ilə bir arada – FOTO & VİDEO
10-07-2018, 12:11
Şirvanda toyda qətl: qatil hadisə yerindən qaçıb - YENİLƏNİB
27-06-2016, 12:21
Rəqsanə: “Ailə qurub boşanacaqsansa, yanımda otur”
25-05-2016, 12:54
Rəqsanədən ad günündə seksual FOTOSESSİYA