Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda ölən danimarkalı Azərbaycanda dəfn edilə bilər
Tarix: 22-04-2015 | Saat: 11:24
Bölmə:M / Karusel / Hadisə / Dünya | çapa göndər

Bakıda ölən danimarkalı Azərbaycanda dəfn edilə bilər
Bir neçə gün öncə Bakıda məcburi eniş edən təyyarədə vəziyyəti pisləşən, Sabunçu xəstəxanasında dünyasını dəyişən Danimarka vətəndaşı Alen Lasten Azərbaycanda dəfn edilə bilər.

Xeberaz.az -ın "Kafkaz-uzel" saytına istinadla verdiyi məlumata görə, ölən sənişinin ailəsi onun meyitinin gətirilməsinin baha olması ilə bağlı olaraq vəfat etdiyi yerdə dəfni məsələsini müzakirə edir.

"Biz cəsədin Danimarkaya göndərilməsinin təxminən 5-6 min dollara başa gələcəyini ailəyə bildirdik. Bakıda dəfn bir neçə dəfə ucuz başa gələcək. Xərci mərhumun ailəsi ödəməlidir. Doğmaları onun yandırılmasını və küllərinin göndərilməsini istədilər. Lakin Azərbaycanda bu mümkün deyil. İndi biz ailədən cavab gözləyirik", deyə Danimarkanın Bakıdakı konsulluğundan sayta bildirilib.

Konsulluqdan veilən məlumata görə, hadisə zamanı 1941-ci il təvəllüdlü Danimarka vətəndaşının qızı da yanında olub.

Xatıladaq ki, Bankonqdan Kopenhagenə gedən təyyarə aprelin 19-da Bakıda məcburi eniş edib. Buna səbəb sərnişinlədən birinin vəziyyətinin qəfildən pisləşməsi olub. Xəstəxanaya yerləşdiilən Alen Lasten apelin 21-də vəfat edib.


Xəbəri paylaş

6028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___