Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
''Könüllü döyüşməyə hazırıq'' - Video
Tarix: 29-04-2016 | Saat: 22:56
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


''Könüllü döyüşməyə hazırıq'' - Video
Cəbhədəki gərginlik Azərbaycanın xaricdə yaşayan mərd oğullarını hərəkətə gətirib.

Təkcə MDB ölkələrində yaşayan 2000-dən artıq azərbaycanlı Müdafiə Nazirliyinə müraciət edib.

Rusiyada yaşayan soydaşlarımız səfərbərlik elan olunduqda könüllü döyüşməyə hazırdırlar. Bununla bağlı Müdafiə Nazirliyinə minlərlə yazılı və şifahi müraciət daxil olub.

Region TV xəbər verir ki, qoşunların təmas xəttindəki son vəziyyət Moskvada, Tümendə, Altay və digər vilayətlərdə olan soydaşlarımızı Müdafiə Nazirliyinə müraciət etməyə sövq edib. Nazirliyə daxil olan müraciətlərdə Azərbaycan oğullarının hər an döyüşə hazır olduqları deyilir. Rusiyada yaşayan soydaşlarımızla "Skype" vasitəsilə əlaqə zamanı da onların müraciətləri azərbaycanlıların həmrəy olduğunu bir daha göstərdi.

Altay vilayətində yaşayan soydaşımız: "Mənim 50-yə yaxın işçim var. Hamımız döyüşə hazırıq. Bundan əlavə, mənim tanıdığım 1000-yə yaxın insan da eyni şeyləri düşünürülər".

2009-2010-cu illərdə Tovuzda N saylı hərbi xidmətdə olan, əslən tərtərli Elşad Ağayev isə Moskvadan əlaqəyə qoşulub:

"Biz o torpaq üçün yaşamışıq, o torpaq üçün də öləcəyik. Səfərbərlik bu gün elan olunsa, canımızdan keçməyə hazırıq. Mənim dostlarım, tanışlarım da bu amalla yaşayırlar".

Hazırda Tümen vilayətində yaşayan 45 yaşlı Elşən Ağayev isə aprel ayı boyunca yaşayış evləri iriçaplı silahlardan atəşə tutulan Tərtərin Xoruzlu kəndindəndir. 17 yaşlı oğlu ilə birgə torpaqlarımızı işğaldan azad etmək uğrunda canından keçməyə hazırdır. O, Azərbaycanın haqlı mövqeyi haqda digər millətləri məlumatlandırmaq üçün təbliğat işlərini artırdıqlarını da bildirib.


Xəbəri paylaş

6298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___