Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bu günlər ərzində bir nəfər belə fərari olmadı”
Tarix: 29-04-2016 | Saat: 13:11
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Bu günlər ərzində bir nəfər belə fərari olmadı”
Milli Məclisdə çıxış edən deputat Fazil Mustafanın sözlərinə görə, ordumuzun uğurlu əməliyyatlarında ən çox diqqətə çatan məsələlərdən biri də bu müddətdə bir fərarinin belə olmamasıdır. O bildirib ki, bu barədə qeyri-rəsmi məlumatları var və öz bildiklərimə əsasən bunu deyir. Deputat qeyd edib ki, 90-cı illərdəki Qarabağ müharibəsi zamanı fərarilik barədə 5-10 mindən çox cinayət işləri və axtarışları ilə məşğul olunurdu. “Bu insanların orduya olan inamının bariz nümunəsidir. Bu günlərdə bir çox ölkələrdə təhsillə bağlı məsələləri araşdıranda məlum oldu ki, Türkiyə və ya başqa ölkələrdə azərbaycanlılar təhsil alır. Türkiyənin bir universitetində 300 azərbaycanlı oxuyur, onların 200-ü isə heç 1-ci kursu keçmir. Məsələni öyrəndik ki, burada pulu ödəməklə 10 il kurs keçməmək mümkündür. Bu ordudan yayınmaq üçün bir addımdır.
Buna diqqət edilməlidir. Universitetlərimiz təhsil yox, diplom verirlər. Universitetlərə qəbulu asanlaşdırmaq lazımdır ki, bu pul ölkəyə qalsın. İllərlə ölkədə qalsınlar və ordudan yayınmasınlar. Valideynlər də buna şərait yaradırlar və kimsə də soruşmur ki, niyə vətənində xidmət etmirən. Bu fərariliyin aradan qaldırılması, ordumuz üçün vacib, diqqətdə saxlanacaq məsələdir”.
Milli Məclis sədri Oqtay Əsədov deputatın fikirlərinin həqiqətə uyğun olmasına şübhə ilə yanaşıb.
“Tələbələrdən danışdınız, bilmədim nə qədər həqiqətə uyğundur. Amma aprelin 2-dən 5-nə qədər dünyada oxuyan Azərbaycan gəncləri ərizələrlə müraciət ediblər ki, orduya qoşulsunlar. Bundan danışmaq lazımdır”.


Xəbəri paylaş

5778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___