Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan mövqeyini dəyişdi - işğalçı ölkə danışıqlara gedir
Tarix: 28-04-2016 | Saat: 01:07
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Ermənistan mövqeyini dəyişdi - işğalçı ölkə danışıqlara gedir

Ermənistan həmişə Qarabağ münaqişəsinin danışıqlar yolu il həllinin tərəfdarı olub

Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan erməni mətbuatına açıqlaması zamanı bildirib.

Ermənistan XİN başçısı iddia edib ki, İrəvanın danışıqlar prosesindən çəkilməsi iddiası Azərbaycanın arzusudur. “Bu, yalandır, Ermənistan heç vaxt danışıqlar prosesini tərk etməyib. Əksinə, biz həmişə münaqişənin sülh yolu ilə həllini dəstəkləmişik”-erməni nazir bildirib. O qeyd edib ki, Ermənistan heç zaman müxtəlif səviyyəli görüşlərdən imtina etməyib.

Nalbəndyanın iddiasına görə, əgər hansısa görüş baş tutmayıbsa, bu, “Azərbaycanın günahı səbəbindən” baş verib. Erməni nazir deyib ki, sonuncu belə hadisə Vaşinqtonda olub, hansı ki, Azərbaycan tərəfi hətta həmsədrlərlə də görüşdən imtina edib. Bakıya yönəlik digər ittihamlar da səsləndirən E.Nalbəndyanın iddiasına görə, artıq vaxt çatıb ki, dünya birliyi Azərbaycanı konstruktiv mövqeyə gətirsin.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan aprelin 24-də İrəvanda, öz iqamətgahında “Bloomberg” agentliyinə müsahibəsində danışıqlardan imtinasını və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmırmadığını elan etmişdi. Erməni prezident “Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?”- demişdi. Qısa müddətdə nə dəyişdi ki, Ermənistan XİN-i prezidentin iradəsinə “zidd” mövqe ortaya qoydu?

Hər halda ağla gələn iki versiya var: 1.Ermənistanın son döyüşlərdə aldığı sarsıdıcı zərbələr; 2. Rusiya XİN başçısı Sergey Lavrovun 26 apreldə Nalbəndiyana açdığı telelefon zəngi. Şübhəsiz ki, Moskva İrəvana yeni təlimatlar verib. Görünən budur ki, son iki gecə sarsıdıcı artilleriya zərbələrinə tuş gələn işğalçı ölkə Azərbaycanla döyüş meydanında bacarmadığını anlayıb “danışıqlara davam” qərarı verib.(musavat.com)


Xəbəri paylaş

6348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___