Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev rusiyalı rektoru qəbul etdi
Tarix: 21-04-2015 | Saat: 14:23
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev rusiyalı rektoru qəbul etdi
Əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkonu qəbul edib.

Xeberaz.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, Pyotr Qlıboçko Bakıda gedən çox böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı. O, ölkəmizin müvafiq strukturları ilə əməkdaşlığa toxunaraq rəhbərlik etdiyi təhsil ocağında xeyli sayda azərbaycanlı tələbənin uğurla təhsil aldığını qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanda təhsilə dövlət səviyyəsində böyük qayğının göstərildiyini qeyd edərək bu sahənin ölkəmizin inkişafının əsas prioritetlərindən biri olduğunu vurğuladı, gənc nəslin hərtərəfli inkişafı istiqamətində, o cümlədən peşəkar tibb kadrlarının yetişdirilməsi sahəsində ölkəmizdə genişmiqyaslı işlərin həyata keçirildiyini bildirdi.

Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.


Xəbəri paylaş

5698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___