Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Obamanın bənzərndən - Obamaya 50 metrlik məktub (FOTO)
Tarix: 20-04-2015 | Saat: 12:58
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Obamanın bənzərndən - Obamaya 50 metrlik məktub (FOTO)
ABŞ prezidentinin ən real oxşarı məktubu Papaya da göndərəcək

ABŞ prezidenti Barak Obamaya olan bənzərliyi ilə diqqət çəkən azərbaycanlı Asif Mustafayev dövlət başçısına 50 metrlik məktub yazıb.
Xeberaz.az -ın “İhlas” agentliyinə istinadla verdiyi məlumata görə, onun məktubu qondarma erməni soyqırımı ilə bağlıdır.
Məktubun içərisində Azərbaycan və Türkiyə bayraqları da var. Bunlarla birlikdə onun uzunluğu 54 metr olub.

O məktubunda ermənilərin türklərə qarşı yürütdüyü qaralama kampaniyasına və erməni soyqırımı iddialarına etiraz edib. O, bununla bağlı araşdırmasını kağızda əks etdirdiyini və 167 səhifəlik məktubu aprelin 26-da Obamaya göndərəcəyini deyib.

“Məktubdakı məlumatları 3 aya toplamışam. Əl yazısı ilə 25 gün ərzində yazmışam. Bu məktubda tarixçilərin araşdırmaları var. Azərbaycan vətəndaşı olaraq üzərimizə düşən tarixi faktları doğru şəkildə Obama və Papaya çatdırmaqdır.
Məktubun orjinalı özümdə qalacaq. Azərbaycan və Türkiyəyə qarşı qaralama kampaniyası aparan ölkələrə gedərək dövlət binalarının qarşısında açacağam”.

A.Mustafayevin sözlərinə görə, ermənilər Azərbaycanda törətdikləri qətliamları Türkiyənin üzərinə atmağa çalışırlar.
Məktubda Azərbaycanda da törətdikləri qətliamlar əksini tapıb. “Papaməktubu oxusun və türk dünyasından, Türkiyədən, Azərbaycandan üzr istəsin”.

Xatırladaq ki, rəssam olan A.Mustafayev Azərbaycanın Qəbələ rayonundandır. Moskvada məşhurların bənzəri müsabiqəsində 44 namizəd arasından Obamaya ən çox bənzəyən şəxs seçilib.


Xəbəri paylaş

5928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___