Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident Fransa Milli Assambleyasının deputatını qəbul edib
Tarix: 25-04-2016 | Saat: 15:58
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Prezident Fransa Milli Assambleyasının deputatını qəbul edib
Prezidenti İlham Əliyev aprelin 25-də Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Xəbəraz.az " -ın AzərTAc-a istinadən məlumatına görə, Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin Azərbaycanın yaxın dostu olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələr arasında münasibətlərin inkişafında onun rolunu xüsusi qeyd edib. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumuna toxunan dövlət başçısı toplantıya artıq bir çox ölkələrdən qonaqların gəldiyini də qeyd edib.
Forumun ikitərəfli münasibətlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını vurğulayan dövlət başçısı Jan-Fransua Manselin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə edib.
Jan-Fransua Mansel də öz növbəsində indiki mürəkkəb şəraitdə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini vurğulayıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Fransa hökumətinin ədalətli mövqe nümayiş etdirməsi və Fransa ictimaiyyətinin Azərbaycanı daha yaxından tanıması istiqamətində işlər apardıqlarını deyib. Parlamentlərarası əməkdaşlığa toxunan Jan-Fransua Mansel Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə sıx dostluq və əməkdaşlıq əlaqələrini məmnunluqla qeyd edib.
Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətindən danışılıb.


Xəbəri paylaş

5448 dəfə oxunub.

Digər xəbərlər
28-08-2016, 20:30 Kişini qaşından tanı

bütün xəbərlər
____ Instagram ___