Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərdoğan Bakıya hansı mesajlarla gəlir? - Türkiyə prezidenti qaranlıq mətləblərə aydınlıq gətirəcək
Tarix: 25-04-2016 | Saat: 15:03
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Ərdoğan Bakıya hansı mesajlarla gəlir? - Türkiyə prezidenti qaranlıq mətləblərə aydınlıq gətirəcək

Bu gün Bakıda işə başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna qatılacaq. Forumda bir sıra ölkələrin dövlət və hökumət rəsmiləri iştirak edəcək. Tədbirdə iştirak üçün Azərbaycana R.T.Ərdoğanla birlikdə Türkiyənin Baş nazirinin müavini, xarici işlər naziri, iqtisadiyyat naziri, energetika naziri, mədəniyyət nazirinin də daxil olduğu böyük bir heyət gələcək.

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyində Dövlət Katibi doktor Mikola Ferenc, Rumıniya Xarici İşlər Nazirliyində Dövlət Katibi Daniela Anda Grigore Gitman, Argentina Xarici İşlər Nazirliyində Səfir və Xarici Əlaqələr Katibi Karlos Foradori, Latviya Xarici İşlər Nazirliyində Parlament Katibi Zanda Kalnina Lukasevica, Oman Ali Məhkəməsinin Elm və Mədəniyyət Mərkəzi “Sultan Qaboos”un baş katibi Habib Al Riyami, Estoniyanın Xarici İşlər Nazirliyində Siyasi məsələlər üzrə katibin müavini Killike Sillaste Ellinq, İtaliya Mədəniyyət Nazirliyinin Katibinin müavini, Filippinin Prezident Administrasiyasında İcraçı Katibin müavini Alberto Bernardo, Malayziyanın Xarici işlər Nazirinin Katibinin müavini Sarah Nava Rani iştirak edəcək.

Forumda Dağlıq Qarabağ probleminə də toxunulacaq. Nəzərlər daha çox Ərdoğanın Bakııda verəcəyi bəyanatlara yönəlib. Ankkara bölgənin əsas oyunçusuna çevriliib və bu baxımdan, Türkiyə prezidentinin Azərbaycanda verəcəyi açıqlamalar bölgənin gələcəyi üçün önəm kəsb edir. Əslində, Ankara Yaxın Şərqin şahmat löhvəsində yeni qambitlərə hazırlaşır və bu, bölgədə nüfuzu olan digər ölkələrin maraqlarına cavab vermir. Türkiyə Qərb və Rusiya arasında seçim də etmək istəmir və rəsmi Ankara müstəqil oyunçuya çevrilmək niyyətini gizlətmir. Ənənəvi "türk qambiti" ona hesablanıb ki, Vaşinqton "dur" dediyi an milli maraqlar arxa plana keçsin. Lakin Ankara neoosmanlıçılıq ideyasını irəli sürüb və belə gedişat bölgə güclərinin maraqlarına uyğun deyil. Bəllidir ki, hədəfdə Türkiyə siyasi elitasını parçalamaq, ictimai rəydə Ərdoğan əleyhinə təbliğat aparmaq niyyəti durur. Terror, hərbi çevriliş və qanlı müharibələr Ərdoğanın nüfuzunu zəiflətmək üçün yeganə metod kimi səciyyələndirilir. Bu baxımdan, Ankara terrorunun arxasında PKK-dan daha nüfuzlu güclərin dayandığını görməmək mümkün deyil. Ərdoğanın Bakı səfəri ərəfəsində terrorun baş verməsi də Ankaranın müstəqil oyunçuya çevrilmək planının qarşısını almağa yönələ bilər.

Türkiyə və Azərbaycan bir çox məsələlərdə tərəfdaş kimi çıxış edir. Odur ki, ictimai rəy Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə bir olmasını tələb edir. Lakin görünən budur ki, bölgədə yeni savaş qaçılmazdır. Ehtimal etmək olar ki, Türkiyə bölgədə hərbi gücünü artıracaq. Gedişat Türkiyənin yeni savaşa müdaxiləsini qaçılmaz edir. Türkiyənin başqa yolu qalmır. Savaş yaxındadır. Baş verən hadisələrin fonunda rəsmi Bakı üçün soyuqqanlı olmaq və emosiyasız qərar vermək lazım gələcək.
Təhlillər onu deməyə əsas verir ki, Türkiyə son zamanlar bir sıra güc mərkəzlərinin açıq təzyiqi ilə üzləşib. Savaş dərinləşərsə, bu məsələdə Bakıdan mövqe tələb edilə bilər. Lakin unutmaq olmaz ki, Bakı nə Ankaranın maraqlarına zidd addım ata bilər, nə də ki Rusiya ilə açıq qarşıdurmaya gedə bilər. Bakı bu məsələdə özünü qorumaq zorundadır.

Burada bir məsələni də unutmaq olmaz. Son günlər Əsəd rejimi və kürd separatçıları Türkiyəyə savaş açıblar. Türkiyə bu məsələdə NATO-nun yardımına bel bağlaya bilmir. Ankaranın beynəlxalq təcridi məsələsi də gündəmə gələ bilər. Elə bu amil də Türkiyənin Suriyaya hərbi müdaxiləsini aktual edir. Ankara öz sərhədlərini qorumalı və kürd separatçılığının kökünü qazımalıdır. Yaranmış situasiyada Türkiyənin separatçılara qarşı radikal addımlar atmaqdan başqa yolu qalmır.
Bütün bunlara baxmayaraq, unutmaq olmaz ki, Rusiya Suriyada uzun müddət qalmayacaq və bölgənin iki əsas oyunçusu olan Ankara və Moskva arasındakı savaş bir müddət sonra səngiyəcək. Türkiyə bölgənin mühüm oyunçusudur və odur ki, öz maraqlarına xidmət edən addımlar atır. Ankaraya Yaxın Şərqdə möhkəmlənmək lazımdır, ona başqa savaşlar lazım deyil. Nə Qafqaz, nə Şərqi Avropaya təsir imkanları Ankara üçün prioritet deyil. Ankara strategiyasında Yaxın Şərqi nəzarətə almaq mühümdür.

Prinsipcə, bu, neoosmanlıçılıq siyasətidir. Maraqlı amil ondan ibarətdir ki, savaşdan sonra Ankara və Moskva yaxınlaşması yenidən müşahidə edilərsə, Bakının taleyi necə olacaq? Dünya gücləri Azərbaycana qarşı iddialarından çəkiləcəkmi və Bakı növbəti dəfə geosiyasi oyunların və reallığın qurbanı ola bilərmi? Bu sullar açıq qalır və ehtimal etmək olar ki, Ərdoğan Bakıda qaranlıq mətləblərə aydınlıq gətirəcək.


Xəbəri paylaş

5808 dəfə oxunub.

Digər xəbərlər
14-03-2015, 10:03 Zabratda qanlı dava

bütün xəbərlər
____ Instagram ___