Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səfirlikdəki mənbə: Lavrov-Sarkisyan görüşü çox gərgin keçib
Tarix: 23-04-2016 | Saat: 13:19
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Səfirlikdəki mənbə: Lavrov-Sarkisyan görüşü çox gərgin keçib
Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan prezidenti Serj Sarkisyan arasında ötən günki görüş çox gərgin keçib.

APA-nın məlumatına görə, bu barədə “İzvestiya” qəzeti Rusiyanın İrəvandakı səfirlikdəki mənbəyə istinadən yazıb.

Bildirilir ki, Dağlıq Qarabağ mövzusu bütün Ermənistan əhalisi üçün ağrılı mövzu olduğuna görə görüş belə məcrada keçib: “Rusiyanın İrəvandakı nümayəndəliyi bu ölkədə artıq işləyə bilmir. Rusiyanın həm Azərbaycana, həm də Ermənistana silah satdığını bilən sadə ermənilər Rusiyaya ehtiyatla yanaşmağa başlayıblar. Onlar 4 günlük müharibədə əzizlərini, yaxınlarını itiriblər. Həmçinin Moskva Rusiya mövqeyini təbliğ edəcək erməni QHT-lərini artıq maliyyələşdirmir. ABŞ-ın erməni müxalifətini maliyyələşdirməklə adi vətəndaşları Rusiyaya qarşı necə çevirdiyi hamıya məlumdur”.

Qəzet onu da yazır ki, İrəvan sakinləri arasında apardığı sorğu nəticəsində Rusiyaya qarşı narazılığın baş qaldırdığı müşahidə olunur. Sorğuda iştirak edənlərin əksəriyyəti Ermənistanda Rusiyanın iki hərbi bazası (Gümrüdəki 102-ci baza və İrəvanın Erebuni rayonundakı aviasiya bazası) olmasına baxmayaraq, aprelin 2-də Dağlıq Qarabağdakı döyüş toqquşmaları baş verərkən rusiyalı partnyorlarının onlara kömək etməməsindən narazılıq ifadə edib.


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___