Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda yol polisinin təklifi sürücünü şoka saldı...
Tarix: 18-04-2015 | Saat: 23:55
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Bakıda yol polisinin təklifi sürücünü şoka saldı...
Bakılı sürücü Tərlan Məmmədov yol polisinin yazdığı cəriməni bankda ödəmək istəyərkən ona deyiblər ki, yol polisi idarəsində ödəsin. DYP idarəsində isə ona cəriməni qəbz vermədən qəbul edəcəklərini söyləyiblər.

Milli.az xəbər verir ki, bu barədə həmin sürücü Day.Az saytına məlumat verib.

"Əvvəllər cərimələri, balları öyrənmək və ödəniş etmək üçün saytlar var idi. Ondi isə həmin saytlar fəaliyyətlərini dayandırıb", - o əlavə edib.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Respublika Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. Qurum rəsmisi oxucunun iddialarını əsassız sayır.

"Belə bir şey yoxdur. Sayt işləyir. Cərimələrin plastik kart vasitəsi ilə ödənişi isə dövlətə məxsus www.apus.az saytı vasitəsi ilə reallaşır. Sürücülərin bir qismi cərimələri İnternetlə ödəyirlər. Cərimə və balları isə Daxili İşlər Nazirliyinin rəsmi saytından (http://mia.gov.az/?/az/driverlicense/) öyrənmək mümkündür. Heç bir sayt fəaliyyətini dayandırmayıb", - o əlavə edib.

Yol polisi inspektorunun qəbz təqdim etmədən cərimə qəbul etmək istəyinə isə K.Əliyev inanmadı.

"Əlbəəl pul götürmək qadağan edilib. Dövlət Yol Polisi bunu yaxşı bilir. Bu səbəbdən də inanmıram ki, o belə bir şeyə getsin".


Xəbəri paylaş

6318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___