Viza prosedurları sadələşdirilir
Tarix: 18-04-2016 | Saat: 20:03
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Prezident İlham Əliyev Ümumdünya Şahmat Olimpiadasının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.
"Xəbəraz.az " -ın AzərTAc-a istinadən məlumatına görə, müəyyən edilib ki, Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilib:
Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin rəsmi dəvət məktubu;
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd.
Bu sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən birinə malik olan şəxslər viza almaq üçün 2016-cı il avqustun 20-dən sentyabrın 20-dək müraciət edə bilərlər.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələcək şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat və maliyyə məsələlərini həll etməlidirlər.
. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
1. Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Şahmat Federasiyasına (FİDE), Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (İATA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir
2. Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.
. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir
Xəbəri paylaş
6238 dəfə oxunub.
Digər xəbərlər

11-09-2015, 12:57
Hafiz Hacıyev: “Azərbaycanda porno-saytlarla bağlı qadağalar olmalıdır“
20-09-2016, 21:44
FETÖ ilə mübarizəyə görə İlham Əliyevə təşəkkür edirik - Yıldırım
17-09-2016, 15:43
"Bakı Metropoliteni"ndə sabah canlı konsert olacaq
28-03-2023, 10:23
Bu qidalar oruc tutarkən baş ağrılarına səbəb ola bilər
8-01-2023, 13:14
Çörəyə insan və donuz tükü qatılır - Ekspertdən sensasion iddia
26-12-2016, 18:04
İstifadəsiz torpaq sahələrinin 5 faizi sosial evlər üçün yönələcək
3-11-2016, 16:40
Dünya alimləri ŞOKda: Fermer dinozavr yumurtası tapdı - FOTO
17-07-2020, 19:52
SMS-icazənin müddəti də artırıldı
19-02-2016, 16:44
ATV-də dava düşdü, Zaur qonağı verilişdən qovdu — QALMAQAL