Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın Rusiyadakı səfirliyi: "Emil Məhərrəmov vəhşicəsinə döyülüb"
Tarix: 16-04-2016 | Saat: 20:00
Bölmə:M / Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Azərbaycanın Rusiyadakı səfirliyi: "Emil Məhərrəmov vəhşicəsinə döyülüb"
"Aprelin 15-dən 16-na keçən gecə Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evə gələrkən sürücü tərəfindən vəhşicəsinə döyülüb". Səfirlikdən Lent.az-a verilən məlumata görə, E. Məhərrəmov təcili yardımla şəhər xəstəxanasına yerləşdirilib və ona ilkin tibbi yardım edilib.

Məişət zəmində baş vermiş insidentin səbəblərinin araşdırılması üçün səfirlik təcili ölçülər götürüb. Zərərçəkən E. Məhərrəmov özü də hüquq mühafizə orqanlarına ərizə ilə müraciət edib.

İnsidentin detalları məlum olan kimi səfirliyin mətbuat xidməti əlavə məlumat verəcək.


***

11:32

Moskvada özünü Azərbaycan səfirliyinin əməkdaşı kimi təqdim edən şəxs küçədə döyülüb. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, polisə müraciət edən həmyerlimizin sözlərinə görə, o, taksi çağırıb. Yol gedərkən sürücü ilə aralarında konflikt yaranıb. Nəticədə Moskvanın mərkəzi küçəsi olan Konyuşkovskidə səfirliyimizin nümayəndəsini döyüblər.

Hadisə yerinə təcili yardım çağırılıb.

Hadisənin video görüntüsü də mətbuata yayılıb. Vətəndaşın çəkdiyi videodan görünür ki, ağ minik maşını dayanır və maşından düşən iki kişinin arasında dava düşür. Zərəçəkənin sözlərinə görə, taksi sürücüsü ilə onun arasında mübahisə hələ maşında ikən başlayıb.


Xəbəri paylaş

8428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___