Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar - VİDEO
Tarix: 18-04-2015 | Saat: 15:23
Bölmə:M / Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar - VİDEO
Onlar qeyri-qanuni yollarla sərhədi keçməyə çalışıblar.

Türkiyə ərazisindən Suriyaya keçib İŞİD terror təşkilatına qoşulmaq istəyən azərbaycanlılar saxlanılıb.

Xeberaz.az APA TV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Qaziantep valiliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, Qaziantep polisi tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan 4 nəfərin Suriyaya getmək üçün müəyyən hazırlıqlar gördüyü, qeyri-qanuni yollarla sərhədi keçməyə çalışdıqları öyrənilib.

Qaziantep Əmniyyət Müdirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində M.M., R.B., A.V. və M.K. adlı şəxslər saxlanılıb. Onlar barəsində deportasiya qərarı çıxarılıb və Əcnəbilərlə İş Şöbəsinə təhvil veriliblər. Müvafiq prosedurlar həyata keçirildikdən sonra bu şəxslər Türkiyədən deportasiya ediləcəklər.


Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___